• $ 1.7
  • € 1.9636
  • ₽ 0.020923
  • ₺ 0.0419
  • £ 2.2694

Özünü dövlət qurumlarının əməkdaşı kimi təqdim edərək vətəndaşların pulunu ələ keçirən şəxs saxlanılıb

Özünü dövlət qurumlarının əməkdaşı kimi təqdim edərək vətəndaşların pulunu ələ keçirən şəxs saxlanılıb
26.05.2025 18:16

Paytaxtın Nəsimi, Nizami, Səbail və digər rayonlarında silsilə dələduzluq hadisələri qeydə alınıb.Bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, naməlum şəxs özünü ayrı-ayrı dövlət qurumlarının əməkdaşı kimi təqdim edərək vətəndaşların evinə daxil olub və mənzillərində quraşdırılan sayğaclarda problem olması bəhanəsi ilə onları aldadaraq pul vəsaitlərini ələ keçirib.

Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı dələduzluq etməkdə şübhəli bilinən 34 yaşlı Rəfail Əsgərov saxlanılıb. Onun qanunazidd əməlləri təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb.

Faktlarla bağlı araşdırma aparılır.

Rəfail Əsgərovun qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Yevlaxda evdə 2 meyit aşkarlanıb
Cəmiyyət 23:03
Yevlaxda evdə 2 meyit aşkarlanıb
Sumqayıtda yanğın başlayıb
Cəmiyyət 21:47
Sumqayıtda yanğın başlayıb
Çayda uşaq batıb
Cəmiyyət 21:12
Çayda uşaq batıb
Aeroport yolunda maşın yanıb
Cəmiyyət 20:54
Aeroport yolunda maşın yanıb
Bakının bu ərazisində qaz kəsiləcək
Cəmiyyət 19:53
Bakının bu ərazisində qaz kəsiləcək
Bərdə sakini çayda boğulub
Cəmiyyət 19:10
Bərdə sakini çayda boğulub
Azərbaycan Mərkəzi Bankı “PulPal” və “Mpay”ə icrası məcburi göstəriş verib
Cəmiyyət 17:40
Azərbaycan Mərkəzi Bankı “PulPal” və “Mpay”ə icrası məcburi göstəriş verib
SOCAR-ın neft və qaz emalı, həmçinin ixracı 2025-ci ilin ikinci rübündə azalıb
Cəmiyyət 17:36
SOCAR-ın neft və qaz emalı, həmçinin ixracı 2025-ci ilin ikinci rübündə azalıb
Bakı-Qazax avtomobil yolunda təmir işlərinə görə hərəkət məhdudlaşdırılır
Cəmiyyət 17:29
Bakı-Qazax avtomobil yolunda təmir işlərinə görə hərəkət məhdudlaşdırılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol