• $ 1.7
  • € 1.9636
  • ₽ 0.020923
  • ₺ 0.0419
  • £ 2.2694

Azərbaycan dünyada elmə ən az pul xərcləyən ölkələrdəndir

Azərbaycan dünyada elmə ən az pul xərcləyən ölkələrdəndir
27.05.2025 11:32

Azərbaycanda elmə ayrılan xərclərin azaldılması heç bir halda məqsədəuyğun deyil. Bunu Milli Məclisin deputatı Vüqar Bayramov mayın 27-də Milli Məclisdə “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanuna münasibət bildirərkən deyib. 


“Elmə ayrılan xərclərin azaldılması heç bir halda məqsədəuyğun deyil. Azərbaycanda elm xərclərinin ÜDM-də payı 0,2%-dir. Rusiyada bu 1%-dir. Dünyada ortalama bu 2,2%-dir. Elm xərclərinin ÜDM-də payı həm regionda bir sıra ölkələrlə, həm də qlobal müqayisə ilə dünyada aşağıdır. İnsan kapitalı inkişafı baxımından  bu istiqamtdə daha çox vəsaitin ayrılmasına ehtiyac var”, - deputat bildirib. 

Nazir Emin Əmrullayev bir neçə gün öncə ölkədə fəaliyyət göstərən alimlərlə görüşüb. Əmrullayev alimlərin təkliflərini və hazırda mövcud olan problemlərini dinləyib. 
2025-ci il ölkədə 300-dək alim mükafatlandırılacağı gözlənilir. 
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi bundan əvvəl açıqlayıb ki, elmi göstəriciləri yüksək olan bir sıra tədqiqatçılara iyuldan başlayaraq hər ay min manatadək vəsait ödənilir. 
Bundan əvvəl elm və təhsil naziri Emin Əmrullayev çıxışlarında bildirib ki, hazırda son 3-5 ildə elmi nailiyyətləri yüksək olan alimlərin fəaliyyətləri araşdırılır.
 
Hazırda Elmi Tədqiqat İnstitutlarında 8 minə yaxın şəxs çalışır, onların 5 minə yaxını sırf elmi araşdırmalarla məşğuldur. 
 
Nazir həmçinin daha öncəki çıxışları zamanı söyləyib ki, son 5 ildə yazı yazmayan alimə alim kimi yanaşmaq doğru deyil.


Bundan əvvəl nazir Emin Əmrullayev onu da bildirib ki, hazırda ölkədə olan şərtlərə görə xaricdə fəaliyyət göstərən alimlər Azərbaycana gəlməkdən imtina edir. 

Nazir Sahil Babayev deputata cavab olaraq bildirib ki, növbəti mərhələlərdə elmə xərclənən vəsaitin rəqəmlərini göstərməyə çalışacaqlar. 

“Elmlə bağlı xərclər məsələsi üzərində işlər aparırıq. Bu məsələyə kompleks baxmaq lazımdır. Təhsil xərcləri 4,4 milyard olub. Bura elm xərcləri də daxildir. Fərqli strukturlarda elmə ayrılan vəsait var. Sadəcə bunu rəqələrlə göstərməyə ehtiyac var ki, biz də növbəti mərhələlərdə bunu edəcəyik”, - nazir deyib.


Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Yevlaxda evdə 2 meyit aşkarlanıb
Cəmiyyət 23:03
Yevlaxda evdə 2 meyit aşkarlanıb
Sumqayıtda yanğın başlayıb
Cəmiyyət 21:47
Sumqayıtda yanğın başlayıb
Çayda uşaq batıb
Cəmiyyət 21:12
Çayda uşaq batıb
Aeroport yolunda maşın yanıb
Cəmiyyət 20:54
Aeroport yolunda maşın yanıb
Bakının bu ərazisində qaz kəsiləcək
Cəmiyyət 19:53
Bakının bu ərazisində qaz kəsiləcək
Bərdə sakini çayda boğulub
Cəmiyyət 19:10
Bərdə sakini çayda boğulub
Azərbaycan Mərkəzi Bankı “PulPal” və “Mpay”ə icrası məcburi göstəriş verib
Cəmiyyət 17:40
Azərbaycan Mərkəzi Bankı “PulPal” və “Mpay”ə icrası məcburi göstəriş verib
SOCAR-ın neft və qaz emalı, həmçinin ixracı 2025-ci ilin ikinci rübündə azalıb
Cəmiyyət 17:36
SOCAR-ın neft və qaz emalı, həmçinin ixracı 2025-ci ilin ikinci rübündə azalıb
Bakı-Qazax avtomobil yolunda təmir işlərinə görə hərəkət məhdudlaşdırılır
Cəmiyyət 17:29
Bakı-Qazax avtomobil yolunda təmir işlərinə görə hərəkət məhdudlaşdırılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol