• $
  • £

Küçə adlarının dəyişdirilməsi ilə bağlı məsələ qaldırılacaq

Küçə adlarının dəyişdirilməsi ilə bağlı məsələ qaldırılacaq
09.01.2014 13:30
Azərbaycanda bütün növ reklamlarda, küçə adlarında ədəbi dilin istifadə vəziyyətini öyrənmək üçün aparılan monitorinqlərin ilkin mərhələsi başa çatıb.Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunun monitorinq şöbəsinin müdiri, "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın icrası ilə bağlı yaradılmış İşçi qrupunun sədr müavini Həbib Zərbəliyev APA-ya açıqlamasında bildirib ki, monitorinqlər zamanı Bakı şəhərinin bütün küçələrindəki reklam, elan və küçə adlarında Azərbaycan dilinin qorunması vəziyyəti öyrənilib. Onun sözlərinə görə, monitorinqlərin nəticəsi təhlil edilərək yekun nəticələr əldə olunacaq: “Lakin monitorinqlərin ilkin nəticələri maraqlı faktları ortaya çıxarıb. Belə ki, hazırda paytaxtın küçələrin çoxunun adı rus dilindədir, köhnə sovet dövründə qalma adlardır. Bəlkə də küçələrin adı dəyişdirilib, amma onlar yığışdırılmayıb. Məsələn, Bakı şəhərinin mərkəzində, Nəsimi rayon Polis İdarəsinə yaxın ərazidə “Plotnikov” küçəsi hələ də mövcuddur. Belə adlar digər yerlərdə də var və çoxdur. Hətta bəzi küçələrin köhnədən qalma adları zamanın tələblərinə uyğun gəlmir. Bu məsələlərin hər biri araşdırıldıqdan, müəyyənləşdirildikdən sonra müvafiq orqanlar qarşısında adların dəyişdirilməsi, problemin aradan qaldırılması üçün məsələ qaldırılacaq. Reklamlarda xarici adların kütləvi şəkildə işlənməsi, onlara qoyulmuş tələblər çərçivəsindən kənara çıxma, onların daha çox xarici dillərdə yazılması, müəyyən qüsurlar və digər məsələlər ardıcıl olaraq monitorinqlər nəticəsində yoxlanacaq və onların əsasında müvafiq orqanlar qarşısında təkliflər veriləcək”. H.Zərbəliyev qeyd edib ki, bir müddətdən sonra  yeni monitorinqlərə başlanacaq və bu işlər periodik olaraq həyata keçiriləcək. O bildirib ki, monitorinqlər ilkin olaraq paytaxtın mərkəzi küçələrini əhatə edib: “Amma sonradan bir qədər kənara da çıxılacaq. Nəzərdə tuturuq ki, bu işləri görərkən gələcəkdə təkcə Bakı ilə kifayətlənməyək. Yaxın vaxtlarda respublikanın bütün rayonlarında ardıcıl olaraq reklamlar, küçələrdə asılan elanlarda dil normalarına necə riayət olunması ilə bağlı monitorinqlər aparılacaq”.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nigar Fərhadın əri həbs edilib
Cəmiyyət 17:25
Nigar Fərhadın əri həbs edilib
Avropada pulsuz olan xidmət Azərbaycanda niyə 60 qəpik olacaq?
Cəmiyyət 17:00
Avropada pulsuz olan xidmət Azərbaycanda niyə 60 qəpik olacaq?
Abşeronda özünü müştəri kimi təqdim edərək mənzildən qızıl oğurlayan şəxs saxlanılıb
Cəmiyyət 16:48
Abşeronda özünü müştəri kimi təqdim edərək mənzildən qızıl oğurlayan şəxs saxlanılıb
Kapital Bank-ın istiqrazlarına tələbat buraxılış həcmini üç dəfəyə yaxın üstələdi
Cəmiyyət 16:41
Kapital Bank-ın istiqrazlarına tələbat buraxılış həcmini üç dəfəyə yaxın üstələdi
AYNA, RİNN və "Bakı Metropoliteni" ekspertlərlə bir araya gəlir
Cəmiyyət 15:20
AYNA, RİNN və "Bakı Metropoliteni" ekspertlərlə bir araya gəlir
Azercell-dən illik “ZengimCELL” xidməti
Cəmiyyət 14:41
Azercell-dən illik “ZengimCELL” xidməti
Digahda məhkuma aid silah-sursat aşkarlanıb
Cəmiyyət 14:33
Digahda məhkuma aid silah-sursat aşkarlanıb
Lənkəranda avtomobillər toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:25
Lənkəranda avtomobillər toqquşub, xəsarət alanlar var
İpoteka Fondu Sarayda 204 yeni kirayə mənzil təqdim edir
Cəmiyyət 14:21
İpoteka Fondu Sarayda 204 yeni kirayə mənzil təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol