Ermənistan parlamenti ABŞ ilə TRIPP layihəsi üzrə strateji sazişi ratifikasiya edib
Ermənistan parlamenti “Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında TRIPP layihəsi üzrə strateji əməkdaşlıq haqqında” çərçivə sazişini ratifikasiya edib. Yerli medianın məlumatına görə, sənədin lehinə 63, əleyhinə isə 32 deputat səs verib, səsvermədə bitərəf qalan olmayıb.
Qeyd edək ki, sözügedən çərçivə sazişi bu ilin may ayında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə ABŞ dövlət katibi Marko Rubio tərəfindən paraflanmışdı. Tərəfdaşlıq sənədi iki ölkə arasında regional infrastruktur və strateji təşəbbüslər üzrə birgə fəaliyyət mexanizmlərini tənzimləyir.
N. Təbrizli
Son xəbərlər