• $
  • £

Elgün İbrahimov hündürlükdən yıxılaraq ölüb - 3 qurum birgə məlumat yayıb

Elgün İbrahimov hündürlükdən yıxılaraq ölüb - 3 qurum birgə məlumat yayıb
29.05.2025 12:27

Gəncədə ölən Elgün İbrahimova qarşı heç bir döyülmə faktı qeydə alınmayıb, müəyyən edilib ki, o hündürlükdən yıxılaraq ölüb. Bu barədə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatında deyilir. 

Cinayət işi üzrə bütün fərziyyələr, o cümlədən mərhumun intihar etməsi, ehtiyatsızlıqdan yıxılması və ya ona ağır bədən xəsarəti yetirilməsi nəticəsində ölümün baş verməsi kimi hallar yoxlanılıb.

İstintaqın hazırkı mərhələsində əldə edilmiş sübutlarla yəni, şahid ifadələri, hadisə yerinə, müşahidə kameralarına baxış, meyitin xarici və daxili müayinə edilməsi, telefon məlumatları, məhkəmə-genetik, məhkəmə-tibbi və digər ekspertizaların rəyləri və başqa dəlillərlə müəyyən edilmişdir ki, Elgün İbrahimova hər hansı kənar şəxs və ya şəxslər tərəfindən xəsarət yetirilməmiş, ona qarşı heç bir zorakı hərəkətlərə yol verilməmiş, o, hündürlükdən yıxılmaq nəticəsində aldığı çoxsaylı xəsarətlərdən ölüb.

Həmçinin müəyyən edilmişdir ki, Elgün İbrahimov may ayının 12-də saat 16 radələrində hazırlıq kursundan çıxdıqdan sonra mobil telefonunu sataraq ayrı-ayrı şəxslərə olan pul borcunu qaytarılıb. 

Bundan sonra İbrahimov Gəncə şəhərində yerləşən “Naxış” çay evində tanışları ilə görüşüb birlikdə spirtli içki qəbul etmiş, saat 19:40-da həmin yeri onlarla birgə tərk edib Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasının qarşısına qədər gələrək orada tanışlarından ayrılmış, həmin vaxt Elgün İbrahimovun üzərində hər hansı xəsarət izləri müşahidə edilməyib.

Daha sonra İbrahimov saat 20:17-də marketdən 2 qutu siqaret alıb əvvəllər də mütəmadi olaraq vaxt keçirdiyi Gəncə şəhəri, M.Xələfov 115 ünvanında yerləşən Texnologiya Universitetinin istifadəsiz yataqxanasına tək halda getmiş, qeyd olunan yataqxananın 5-ci mərtəbəsində məhəccərsiz eyvana çıxaraq, orada bir neçə siqaret çəkmiş və eyvandan torpaqla örtülmüş sərt səthi olan həyətə yıxılaraq çoxsaylı xəsarətlər almış, saat 22:52-də ərazidə olan gözətçi tərəfindən yerdə yaralı vəziyyətdə aşkar edilərək təcili tibbi yardım avtomaşını vasitəsilə xəstəxanaya təxliyə edilmiş, may ayının 13-də almış olduğu xəsarətlərdən xəstəxanada ölüb.

 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
İmişli sakinini elektrik cərəyanı vuraraq öldürüb
Cəmiyyət 18:07
İmişli sakinini elektrik cərəyanı vuraraq öldürüb


Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Cəmiyyət 17:00
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Bakıda həkim ürəyi dayanan xəstəni həyata qaytardı –Video
Cəmiyyət 16:11
Bakıda həkim ürəyi dayanan xəstəni həyata qaytardı –Video
Belçika və Niderland səfirləri XİN-ə çağırılıb
Cəmiyyət 15:44
Belçika və Niderland səfirləri XİN-ə çağırılıb
Azercell eSIM-ə keçidi tam rəqəmsallaşdırdı!
Cəmiyyət 15:08
Azercell eSIM-ə keçidi tam rəqəmsallaşdırdı!
Yasamalın bir hissəsində qaz kəsilib
Cəmiyyət 14:57
Yasamalın bir hissəsində qaz kəsilib
İşğaldan azad edilmiş ərazilərdə 79 mina, 460 PHS aşkarlanıb
Cəmiyyət 14:49
İşğaldan azad edilmiş ərazilərdə 79 mina, 460 PHS aşkarlanıb
Bakıda məktəbli sinif yoldaşını yandırıb - Təfərrüat
Cəmiyyət 13:40
Bakıda məktəbli sinif yoldaşını yandırıb - Təfərrüat
Azərbaycanda 15 yaşlı qız uşaq doğub/Yenilənib
Cəmiyyət 13:32
Azərbaycanda 15 yaşlı qız uşaq doğub/Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol