• $
  • £

Prezidentin fərditəqaüdçüsü vəfat edib

Prezidentin fərditəqaüdçüsü vəfat edib
28.05.2025 19:53

Prezidentin fərdi təqaüdçüsü, əməkdar mühəndis Əliş Müseyib oğlu İsmayılov 94 yaşında vəfat edib. Bu barədə onun yaxınları məlumat verib. 

Əliş İsmayılov 11 fevral 1931-ci ildə Azərbaycan SSR-in Xıllı rayonu (indiki Neftçala rayonu) Qaralı kəndində anadan olub. 1953-cü ildə Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub, 1959-cu ildə “Neft və qaz yataqlarının işlənməsi” ixtisası üzrə təhsilini başa vurub və “Dağ mühəndisi” ixtisası alıb.

Əmək fəaliyyətinə qaz sahəsində başlayan Əliş İsmayılov müxtəlif illərdə “Başqaz” İdarəsində baş mühəndis, həmin idarənin rəisi, daha sonra isə “Azəriqaz” İstehsalat Birliyində müşavir vəzifələrində çalışıb. 1985–2000-ci illərdə Bakı şəhəri İstehsalat Qaz İdarəsinin rəisi vəzifəsini icra edib.

1991-ci il tarixli sərəncamla “Azərbaycan SSRİ-nin əməkdar mühəndisi” fəxri adına, 2011-ci ildə isə Prezident İlham Əliyevin sərəncamı ilə Prezidentin fərdi təqaüdünə layiq görülüb.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
İmişli sakinini elektrik cərəyanı vuraraq öldürüb
Cəmiyyət 18:07
İmişli sakinini elektrik cərəyanı vuraraq öldürüb


Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Cəmiyyət 17:00
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Bakıda həkim ürəyi dayanan xəstəni həyata qaytardı –Video
Cəmiyyət 16:11
Bakıda həkim ürəyi dayanan xəstəni həyata qaytardı –Video
Belçika və Niderland səfirləri XİN-ə çağırılıb
Cəmiyyət 15:44
Belçika və Niderland səfirləri XİN-ə çağırılıb
Azercell eSIM-ə keçidi tam rəqəmsallaşdırdı!
Cəmiyyət 15:08
Azercell eSIM-ə keçidi tam rəqəmsallaşdırdı!
Yasamalın bir hissəsində qaz kəsilib
Cəmiyyət 14:57
Yasamalın bir hissəsində qaz kəsilib
İşğaldan azad edilmiş ərazilərdə 79 mina, 460 PHS aşkarlanıb
Cəmiyyət 14:49
İşğaldan azad edilmiş ərazilərdə 79 mina, 460 PHS aşkarlanıb
Bakıda məktəbli sinif yoldaşını yandırıb - Təfərrüat
Cəmiyyət 13:40
Bakıda məktəbli sinif yoldaşını yandırıb - Təfərrüat
Azərbaycanda 15 yaşlı qız uşaq doğub/Yenilənib
Cəmiyyət 13:32
Azərbaycanda 15 yaşlı qız uşaq doğub/Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol