• $
  • £

Simonyan xalqını Azərbaycan məhsullarının erməni bazarlarında görünməsi ilə barışmağa çağırıb

Simonyan xalqını Azərbaycan məhsullarının erməni bazarlarında görünməsi ilə barışmağa çağırıb
29.05.2025 17:48

Ermənistan bazarlarında Azərbaycan məhsulları, Azərbaycan  bazarlarında isə erməni məhsulları görünəcək, əvvəllər olduğu kimi ermənilər və azərbaycanlılar yanaşı yaşayacaqlar. Bunu  Ermənistan parlamentinin spikeri Alen Simonyan  mayın 29-da öz Telegram kanalında yazıb.

“Mən başa düşürəm ki, azərbaycanlılar mənim ermənilərin bir gün Bakıya qayıdıb orada yaşamalı olduqları barədə sözlərimi ağır qəbul edib. Amma qəribədir ki, bu reaksiyanı bir vaxtlar Qarabağdan qaçan keçmiş məmurlar, zibil qutularında qurdalanan pişikləri, özləri ilə bir avtobus tərəfdar daşıyanlar, məşhur feysbuk fahişələri və köçəryan-serj zooparkında qalmış heyvanlar verir",    o yazıb.

O həmçinin Qarabağ erməniləri kimi  Bakıda və ya Sumqayıtda yaşamış ermənilərin  də  evlərinə qayıtmaq hüququnun olduğunu deyib. 

"Sülh bağlandıqdan sonra biz Türkiyə və ya Azərbaycanla ticarət etməməliyik? Yoxsa sərhədləri biz də bağlayaq? Minlərlə erməni Gürcüstanda, Rusiyada və digər ölkələrdə ticarət edib və indi də edir.  Yoxsa düşünürsünüz ki, biz blokadada qalmalıyıq, nə nəqliyyat, nə yük, nə qaz, nə də elektrik Ermənistandan keçməsin?", - Simonyan vurğulayıb.

O həmçinin qeyd edib ki, "Ermənistan və Azərbaycan dinc şəraitdə yaşayacaq, bir-biri ilə ticarət edəcək, müharibə olmayacaq, sülh olacaq”.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
İmişli sakinini elektrik cərəyanı vuraraq öldürüb
Cəmiyyət 18:07
İmişli sakinini elektrik cərəyanı vuraraq öldürüb


Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Cəmiyyət 17:00
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Bakıda həkim ürəyi dayanan xəstəni həyata qaytardı –Video
Cəmiyyət 16:11
Bakıda həkim ürəyi dayanan xəstəni həyata qaytardı –Video
Belçika və Niderland səfirləri XİN-ə çağırılıb
Cəmiyyət 15:44
Belçika və Niderland səfirləri XİN-ə çağırılıb
Azercell eSIM-ə keçidi tam rəqəmsallaşdırdı!
Cəmiyyət 15:08
Azercell eSIM-ə keçidi tam rəqəmsallaşdırdı!
Yasamalın bir hissəsində qaz kəsilib
Cəmiyyət 14:57
Yasamalın bir hissəsində qaz kəsilib
İşğaldan azad edilmiş ərazilərdə 79 mina, 460 PHS aşkarlanıb
Cəmiyyət 14:49
İşğaldan azad edilmiş ərazilərdə 79 mina, 460 PHS aşkarlanıb
Bakıda məktəbli sinif yoldaşını yandırıb - Təfərrüat
Cəmiyyət 13:40
Bakıda məktəbli sinif yoldaşını yandırıb - Təfərrüat
Azərbaycanda 15 yaşlı qız uşaq doğub/Yenilənib
Cəmiyyət 13:32
Azərbaycanda 15 yaşlı qız uşaq doğub/Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol