• $
  • £

2030-cu ilə qədər 92 milyon iş yeri bağlanacaq

2030-cu ilə qədər 92 milyon iş yeri bağlanacaq
30.05.2025 10:50

2030-cu ilə qədər IV sənaye inqilabı texnologiyaları 170 milyon yeni iş yerləri yaradacaq, 92 milyon iş yeri isə bağlanacaq. Bunu İqtisadiyyat Nazirliyinin Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzinin icraçı direktoru Fariz Cəfərov “4Sİ Akademiyası” çərçivəsində keçirilən “Milli Proqram” layihəsinin açılış mərasimində deyib.

Onun sözlərinə görə, dolayısı ilə yeni ixtisaslar yeni bacarıqlar və imkanlar yaradacaq: “Bu o deməkdir ki, vətəndaşlarımız buna hazır olmalıdır, öz bacarıqlarını inkişaf etdirməlidir və yeni biliklər əldə etməlidirlər. Bu gün təqdim olunan proqramın məqsədi ölkədə dördüncü sənaye inqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına dəstək verməkdir. Layihə çərçivəsində 1 il ərzində on minlərlə istifadəçi dünyanın ən böyük onlayn tədris platforması olan “Coursera”da 8 000-dən çox kursdan ödənişsiz yararlana biləcək".

O bildirib ki, proqram çərçivəsində 2 500 təlim süni intellekt vasitəsilə Azərbaycan dilinə tərcümə edilib, altyazı ilə istifadəçilərə təqdim olunub: “Bundan başqa, ən çox tələb olunan 10 təlim isə “deep fake” texnologiyası ilə dublyaj edilərək istifadəçilərin ixtiyarına verilib”.

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol