• $ 1.7
  • € 1.9286
  • ₽ 0.022033
  • ₺ 0.0433
  • £ 2.2896

Çövkən üzrə ilk Avropa Çempionatı Polşada keçiriləcək

Çövkən üzrə ilk Avropa Çempionatı Polşada keçiriləcək
30.05.2025 11:30

2025-ci ilin 3-7 iyun tarixlərində Polşanın Szonowice şəhərində Beynəlxalq Çövkən Federasiyasının (BÇF) təşkilatçılığı ilə Çövkən idman növü üzrə tarixdə ilk dəfə Avropa çempionatı keçiriləcək.

Yarışda Avropa qitəsini təmsil edən altı ölkənin – Azərbaycan, Böyük Britaniya, Macarıstan, Malta, Polşa və Türkiyənin milli komandaları iştirak edəcək.

Çempionat çərçivəsində, 4 iyun tarixində Beynəlxalq Çövkən Federasiyasının üçüncü Baş Assambleyası da baş tutacaq. Assambleya zamanı yeni üzvlərin qəbulu, növbəti kontinental yarışların tarixləri və keçirilmə məkanları, eləcə də federasiyanın gələcək fəaliyyət istiqamətləri ətrafında geniş müzakirələr aparılacaq.

Beynəlxalq Çövkən Federasiyası tək illərdə kontinental çempionatlar, cüt illərdə isə dünya çempionatlarının təşkilini nəzərdə tutan uzunmüddətli yarış təqvimi formalaşdırıb. 2025-ci il ərzində Asiya, Cənubi Amerika, Afrika və Avropa çempionatlarının keçirilməsi planlaşdırılır.

Beynəlxalq Çövkən Federasiyası 2024-cü ilin fevral ayında 19 ölkənin iştirakı ilə Bakı şəhərində təsis edilmiş, nizamnaməsi təsdiq olunmuşdur. Elə həmin ilin iyun ayında keçirilən ikinci növbədənkənar Assambleya zamanı federasiyanın üzv ölkələrinin sayı 54-ə çatmışdır. 2024-cü ildə Azərbaycan paytaxtı Bakı şəhərində 10 ölkənin iştirakı ilə ilk Çövkən üzrə Dünya Çempionatı təşkil olunmuş və Azərbaycan komandası birinci yeri tutaraq ilk dünya çempionu adını qazanmışdır. Elə həmin Assambleyada qəbul edilmiş qərara əsasən, növbəti dünya çempionatı da 2026-cı ildə yenidən Bakıda keçiriləcək.

Çövkən Azərbaycan üçün təkcə idman növü deyil, həm də xalqın qədim mədəni irsinin daşıyıcısıdır. Bu baxımdan, 2013-cü ildə UNESCO tərəfindən “Təcili qorunması zəruri olan qeyri-maddi mədəni irs” siyahısına daxil edilməsi, çövkənin Azərbaycan xalqı üçün nə qədər mühüm əhəmiyyət daşıdığını bir daha təsdiqləyir. Hazırda ölkəmizdə bu qədim atüstü oyunun dirçəldilməsi və beynəlxalq miqyasda təbliği istiqamətində məqsədyönlü fəaliyyət həyata keçirilir.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda görmə əngəlli qadını öldürən şəxs saxlanılıb
Cəmiyyət 23:42
Xaçmazda görmə əngəlli qadını öldürən şəxs saxlanılıb
Şəmkirdə minik avtomobili dərəyə aşıb, xəsarət alanlar var
Cəmiyyət 23:00
Şəmkirdə minik avtomobili dərəyə aşıb, xəsarət alanlar var
Bakıda cəzaçəkmə müəssisəsində binanın dam örtüyü uçub
Cəmiyyət 22:36
Bakıda cəzaçəkmə müəssisəsində binanın dam örtüyü uçub
Kəlbəcərdə traktor minaya düşüb - Yenilənib
Cəmiyyət 21:07
Kəlbəcərdə traktor minaya düşüb - Yenilənib
Qəbul imtahanına düşən bir sualda texniki səhvə yol verilib - DİM-dən AÇIQLAMA
Cəmiyyət 20:51
Qəbul imtahanına düşən bir sualda texniki səhvə yol verilib - DİM-dən AÇIQLAMA
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Cəmiyyət 19:02
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Hava ilə baglı XƏBƏRDARLIQ
Cəmiyyət 18:53
Hava ilə baglı XƏBƏRDARLIQ
“Air Astana” Bakı–Atırau–Bakı marşrutu üzrə ilk müntəzəm reysini həyata keçirib
Cəmiyyət 17:24
“Air Astana” Bakı–Atırau–Bakı marşrutu üzrə ilk müntəzəm reysini həyata keçirib
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 15:19
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol