• $
  • £

Dörd ayda Bakıda 10.8 milyard manatlıq məhsul satılıb

Dörd ayda Bakıda 10.8 milyard manatlıq məhsul satılıb
30.05.2025 11:40

2025-ci ilin yanvar-aprelində  Bakıda pərakəndə ticarət dövriyyəsinin həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,7 faiz artaraq 10 milyard 860,4 milyon manat olub.

Bu barədə Bakı şəhər Statistika İdarəsi məlumat yayıb.

Məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə 2,3 faiz artaraq 6005,9 milyon manata, qeyri-ərzaq malları isə 7,7 faiz artaraq 4854,5 milyon manat olmuşdur. İstehlak məhsullarının 39,3 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 51,7 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 9,0 faizi isə paytaxtın əmtəə bazarlarında satılıb.

Bu dövrdə Bakı şəhərində əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 11,2 faiz artaraq 3003,7 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən əhaliyə 2458,4 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 81,8 faizini təşkil edib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol