Uşaqların cinayətə meyilliliyi artıb – Deputat

Son günlər uşaqların cinayətə meyilliyinin artması narahatlıqlar yaradır. Bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
“Son günlərdə uşaqlar arasında 4 cinayət faktı müəyyən edilib. Uşaqlarda cinayətə meyilin artması narahatlıq doğurur. Bunun səbəbləri araşdırılmalıdır. Ciddi addımlar atılmalıdır. Ciddi səbəblərdən biri televiziyalarda göstərilən verlişlərlə bağlıdır. Bu istiqamətdə ciddi işlər aparılamlıdır”, - deputat mayın 30-da çıxışı zamanı deyib.
Məmmədov 16 yaşlı uşaqların toyunda iştirak edənləri də qınayaraq bildirib ki, cəmiyyət olaraq məsələlərə zamanında doğru reaksiya vermək lazımdır.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox 