• $
  • £

Füzuli şəhərində yeni “Nar” mağazası fəaliyyətə başladı

Füzuli şəhərində yeni “Nar” mağazası fəaliyyətə başladı
29.05.2025 18:58

 

“Nar” asan və sərfəli rabitə xidmətlərini artıq Füzuli şəhərindəki yeni açılan mağazasında təqdim edir. Müasir dizaynlı mağazada nömrə satışı və müştəri xidmətləri ilə yanaşı, mobil telefon və aksessuar satışı da həyata keçirilir.

Füzuli şəhəri, Heydər Əliyev prospektində yerləşən mağazanın əməkdaşları da Füzuli şəhərinin sakinləridir.  Yeni mağazanın açılışında iştirak edən “Nar”ın baş icraçı direktoru Qunnar Panke bildirib: “Füzuli şəhəri yenidən qurulduqca, şəhərin əhalisi artdıqca, mobil rabitə xidmətlərinə də ehtiyac artır. Günbəgün dirçələn şəhərin əhalisinə mobil rabitə xidmətlərini daha əlçatan etmək üçün yeni mağazamızı məhz Füzuli şəhərində açmaq qərarına gəldik.”

Bundan başqa, mağazanın xüsusi guşəsində Füzuli şəhəri, Mirzə Uluqbəy adına 1 saylı məktəbinin istedadlı şagirdlərinin çəkdikləri rəsmlər də nümayiş olunur. Bu rəsmlər “Nar”ın və YARAT Müasir İncəsənət Məkanının sözügedən məktəbdə “Böyük Qayıdış” mövzusunda keçirilən rəsm müsabiqəsinin seçilən əl işləridir.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir

 

 

 

 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol