Deputat Elgün İbrahimovun ölümü ilə bağlı yayılan açıqlamaya münasibət bildirib

Bir çox hallarda istintaqın nəticəsini gözləmədən irəli sürülən fərziyələr əlavə problemlər yaradır. Bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Gəncədə vəfat edən 17 yaşlı Elgün İbrahimovun ölümünə münasibət bildirərkən deyib.
“Elgün İbrahimovla bağlı birgə məlumatı yayıldı və məsələyə aydınlıq gətirildi. O şəxs qəsdən öldürülməyib. Bir çox hallarda istintaqın nəticəsini gözləmədən dərhal fərzilər irəli sürürük və bu əlavə bir dərd gətirir. Onun valideyni hesab edir ki, onu öldürüblər. Son vaxtlar uzun illər bağlı qalan çoxlu qəsdən adamöldürmə cinayətlərinin üstü açılıb. Bu məsələlərdə hüquq mühafizə orqanlarının işini xüsusi qeyd etməliyik”, - deputat bildirib.
Bir gün öncə DİN, Baş Prokurorluq və DTX birgə məlumat yayaraq bildirib ki, Gəncədə vəfat edən Elgün İbrahimova heç bir kənar müdaxilə ilə bağlı xəsarətlər yetirilməyib o hündürlükdən yıxılaraq ölüb.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox 