• $
  • £

Dünya Bankı ilə maliyyə sahəsində aparılan islahatlar müzakirə edilib

Dünya Bankı ilə maliyyə sahəsində aparılan islahatlar müzakirə edilib
30.05.2025 15:18

Azərbaycanla Dünya Bankı arasında maliyyə sahəsində aparılan islahatlar müzakirə edilib. Bubarədə Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Gürcüstanın paytaxtı Tbilisidə Dünya Bankının “Dünya maliyyəsinin idarə edilməsi üzrə təcrübə mübadiləsi (PEMPAL) proqramı”nın dövlət büdcəsinin icrasına dair təcrübə mübadiləsi təşkil edilib.

Üzv ölkələrin maliyyə nazirlərinin müavinləri, xəzinədarlıq rəhbərlərinin, PEMPAL katibliyinin təmsilçilərinin və ekspertlərin iştirak etdiyi tədbirdə nazirliyin Dövlət Xəzinədarlıq Agentliyinin direktoru və PEMPAL şəbəkəsinin Xəzinədarlıq Cəmiyyətinin İdarə Heyətinin sədri Nazim Qasımzadənin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Tədbirdə N.Qasımzadə PEMPAL ölkələrində həyata keçirilən islahatlara dair məruzəsini təqdim edib, maliyyə sahəsində Azərbaycanda aparılan islahatlar, həmçinin keçirilən hərraclar, xəzinədarlığın elektron təşkili, xəzinə informasiya sisteminin müasirləşdirilməsi və digər məsələlər haqqında ətraflı məlumat verib.

PEMPAL proqramı 2005-ci ildə Dünya Bankı tərəfindən təsis edilib, hökumət xərclərinin idarə edilməsi üzrə dövlət fiskal orqanlarının şəbəkəsidir və özündə Mərkəzi Asiya, Mərkəzi və Şərqi Avropanın 21 ölkəsini birləşdirir. Proqramının məqsədi dövlət maliyyə idarəetməsi üzrə bilik və təcrübə mübadiləsi vasitəsilə maliyyə qurumlarının əməkdaşlarının ixtisasını artırmaqdır. PEMPAL Proqramına üzv olan ölkələrin nümayəndələri, beynəlxalq ekspertlər mütəmadi olaraq əldə etdikləri müsbət təcrübəni bölüşür, fikir mübadiləsi aparırlar

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol