Həbsdə olan üç tiktoker ev dustaqlığına buraxılıb

Polis tərəfindən saxlanılan tiktokerlər Vüqar Zeynalzadə, "Tosu" ləqəbli Məhərrəm Həsənov və Emin Abdullayevin ev dustaqlığına buraxılması barədə vəsatətlərə baxılıb.
Bakı Apellyasiya Məhkəməsi hər üç şəxs barəsində qərar qəbul edib. Məhkəmə həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə qərar verib.
Təqsirləndirilən Vüqar Zeynalzadə və Məhərrəm Həsənov Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma), Emin Abdullayev Cinayət Məcəlləsinin 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) 244-1.2.2-ci (qumar oyunu təşkil etməmaddələri ilə təqsirli bilinirlər.
Onların hər üçü barəsində həbs qətimkan tədbiri seçilmişdi.
Son xəbərlər
Daha çox 