• $
  • £

SOCAR İtaliyada dəyəri $3 mlrd olan zavod alır

SOCAR İtaliyada dəyəri $3 mlrd olan zavod alır
30.05.2025 18:22

Ümumdünya əmtəə treyderi Gunvor və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Italiana Petroli (İP) neft emalı zavodunu almaq niyyətində olduğunu bildirib. Bu barədə məsələyə yaxın üç mənbə cümə günü Reuters-ə məlumat verib.  Müəssisəni almaq istəyən tərəflərin təkliflərinin dəyərləndirilməsinə ayrılan vaxt mayın sonunda bitir. 

Mənbələrin sözlərinə görə, Əbu-Dabidə yerləşən Bin Butti Group da təklif verməyi planlaşdırır. Lakin  şirkətin satış prosesinə yalnız son vaxtlar qoşulması və emal müəssisəsini öyrənmək üçün az vaxta malik olması səbəbindən onun daha az şansa malik olduğu bildirilir. 

İki mənbənin bildirdiyinə görə, müəssisənin satıcısı olan  Braketti Peretti ailəsi şirkətin 100%-ni təxminən 3 milyard avroya (3,4 milyard ABŞ dolları) satmağı planlaşdırır.  Ötən il şirkət 500 milyon avroya yaxın  gəlir (EBITDA) əldə edib və dekabrın sonuna  onun xalis pul vəsaiti 408 milyon avro təşkil edib. 

Gunvor və Italiana Petroli məsələ ilə bağlı şərh verməkdən imtina edib. SOCAR və Bin Butti isə şərh üçün əlçatan olmayıb.

Italiana Petroli zəngin ailə tərəfindən satışa çıxarılan ilk müəssisə deyil. Ötən il Vitol Moratti ailəsindən  İtaliyanın digər neft emalı müəssisə olan  Saras-ı alıb ki, bu da  özəl investorların sabit olmayan sektoru tərk etmək istəyindən xəbər verir.  

UniCredit-in məsləhət verdiyi IP-nin ümumi gündəlik emal gücü təxminən 200 min bareldir və 4600 yanacaqdoldurma məntəqəsindən ibarət şəbəkəsi var.

Qrup 2023-cü ilin sonlarında Exxon Mobil-in İtaliyadakı aktivlərini alaraq emal və yanacaq saxlama imkanlarını artırıb.

Hazırda IP İtaliyanın şərqində yerləşən Ankona şəhərində bir zavoda, şimalda  olan Trecate şəhərində SARPOM zavoduna malikdir. Bundan başqa İP-nin  İtaliyanın  şimal-şərqində yerləşən Ravenna şəhərindəki Alma zavodu ilə bağlı tolling müqaviləsi var. 

Trecate zavodu müxtəlif növ yanacaqlar, o cümlədən aviasiya yanacağı istehsal edir, digər iki müəssisə isə əsasən bitum istehsalı ilə məşğuldur.

Mənbələr bildiriblər ki, həm SOCAR, həm də Gunvor şirkəti dərin təhlillər aparıb və yekun təkliflərini hazırlamaq üçün IP-nin sənaye obyektlərinə baş çəkiblər.

Gunvor-un  məsləhətçisi  Rothschild, SOCAR-ın isə İtaliyanın Intesa Sanpaolo IMI CIB bankıdır. 

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol