• $ 1.7
  • € 1.9636
  • ₽ 0.020923
  • ₺ 0.0419
  • £ 2.2694

Milli Məclisdə plastik cərrah mübahisəsi

Milli Məclisdə plastik cərrah mübahisəsi
27.05.2025 14:00

Azərbaycanda plastik cərrahiyyə ilə bağlı qəbul edilən yeni qərarların mövcud qanunvericiliklə uyğunlaşdırılmalıdır və uzun illər plastik cərrah işləmiş şəxslərin hüquqlarını əllərindən almaq olmaz. Bu barədə Milli Məclisin uyğun komitə iclasında deputat Rəşad Mahmudov bildirib. 

"Hazırda qüvvədə olan qaydalara əsasən, bir şəxs ixtisas imtahanından keçməsə belə, əgər beş il ərzində müvafiq tibb müəssisəsində fəaliyyət göstəribsə, sertifikat ala bilir. Bu təcrübə Nazirlər Kabinetinin 2019-cu ildə təsdiqlədiyi qərarlarda da əks olunub. Yeni islahatlar aparılarkən, əvvəllər qanunvericiliyə əsaslanaraq hüquq qazanmış şəxslərin mövcud hüquqları nəzərə alınmalıdır. Əks təqdirdə, bu, sosial ədalət prinsiplərinə zidd suallar doğura bilər",  -  Mahmudov vurğulayıb. 

O deyib ki,  xüsusilə Azərbaycanın bölgələrində  müəyyən ixtisaslar üzrə, məsələn, kardioloq və nefroloq kimi mütəxəssislərin çatışmazlığı şəraitində uzun illər fəaliyyət göstərən həkimlərin hüquqlarının qorunması vacibdir. 

"Səhiyyə qanunvericiliyinin yenilənməsi zamanı yalnız ayrı-ayrı maddələrə toxunmaqla kifayətlənməyib, bütövlükdə mövcud və yeni reallıqların uyğunlaşdırılmasına çalışmalıdır.  Bu yanaşma ölkədə son illər həyata keçirilən səhiyyə islahatlarının daha yüksək səviyyədə reallaşdırılmasına töhfə verə bilər",   - millət vəkili deyib. 
 

Deputat Məlahət İbrahimqızı da bildirib ki, qanunverivilikdə qəbul olunan yeni qanunlar köhnə qərarlara şamil olunmamalıdır.

"Mənə plastik cərrahlar müraciət ediblər. Onlar bildirirlər ki, 15-20 il işləməsinə baxmayaraq fəaliyyətlərinə xitam verilib. Qanunvericilikdə belə bir maddə var ki, qanun keçmişdə qəbul olunan qərarlara şamil olunmur",- deputat deyib.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Yevlaxda evdə 2 meyit aşkarlanıb
Cəmiyyət 23:03
Yevlaxda evdə 2 meyit aşkarlanıb
Sumqayıtda yanğın başlayıb
Cəmiyyət 21:47
Sumqayıtda yanğın başlayıb
Çayda uşaq batıb
Cəmiyyət 21:12
Çayda uşaq batıb
Aeroport yolunda maşın yanıb
Cəmiyyət 20:54
Aeroport yolunda maşın yanıb
Bakının bu ərazisində qaz kəsiləcək
Cəmiyyət 19:53
Bakının bu ərazisində qaz kəsiləcək
Bərdə sakini çayda boğulub
Cəmiyyət 19:10
Bərdə sakini çayda boğulub
Azərbaycan Mərkəzi Bankı “PulPal” və “Mpay”ə icrası məcburi göstəriş verib
Cəmiyyət 17:40
Azərbaycan Mərkəzi Bankı “PulPal” və “Mpay”ə icrası məcburi göstəriş verib
SOCAR-ın neft və qaz emalı, həmçinin ixracı 2025-ci ilin ikinci rübündə azalıb
Cəmiyyət 17:36
SOCAR-ın neft və qaz emalı, həmçinin ixracı 2025-ci ilin ikinci rübündə azalıb
Bakı-Qazax avtomobil yolunda təmir işlərinə görə hərəkət məhdudlaşdırılır
Cəmiyyət 17:29
Bakı-Qazax avtomobil yolunda təmir işlərinə görə hərəkət məhdudlaşdırılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol