• $
  • £

Azercell-in gənc istedadlara dəstəyi daha bir beynəlxalq uğurla nəticələndi

Azercell-in gənc istedadlara dəstəyi daha bir beynəlxalq uğurla nəticələndi
31.05.2025 18:42

 

Azərbaycanlı məktəbli Asia Pasifik İnformatika Olimpiadasında medal qazandı

17-18 may tarixlərində 19-cu Asia Pasifik İnformatika Olimpiadası (APIO 2025) baş tutub. Onlayn formatda təşkil olunan beynəlxalq yarışda Akademik Zərifə Əliyeva adına liseyin 11-ci sinif şagirdi Ayxan Dəmirli bürünc medal qazanıb. 

Asia Pasifik İnformatika Olimpiadası (APIO) 2007-ci ildən etibarən Asiya və Sakit okean regionlarını əhatə edən nüfuzlu proqramlaşdırma müsabiqəsidir. Builki yarışda 42 ölkədən 900-ə yaxın məktəbli iştirak edib. Yarışçılar beş saat ərzində alqoritmik məsələ həll edərək proqramlaşdırma sahəsində öz bilik və bacarıqlarını nümayiş etdiriblər. 

Qeyd edək ki, Azərbaycanda rəqəmsal savadlılığın artırılmasına və informatika sahəsində gənc istedadların inkişafına diqqət ayıran “Azercell Telekom” MMC çoxsaylı layihələr həyata keçirir. Belə təşəbbüslərin arasında Azercell-in Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu ilə əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır. Artıq on ilə yaxındır ki, bu əməkdaşlıq çərçivəsində şirkət məktəblilərin beynəlxalq fənn olimpiadalarına hazırlıq prosesinə davamlı dəstək verir. Bu inkişaf proqramları nəticəsində paytaxt və  bölgələrdə təhsil alan məktəblilər müxtəlif yaş qrupları üzrə proqramlaşdırma müsabiqələrində ümumilikdə 91 medal qazanaraq Azərbaycanı beynəlxalq səviyyədə uğurla təmsil ediblər.

“Azercell Telekom” MMC və şirkətin fəaliyyəti haqqında daha ətraflı məlumat əldə etmək üçün rəsmi Azercell səhifəsinə daxil olun.

 




 

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol