• $
  • £

Azərbaycan Avropanın enerji təhlükəsizliyində əsas tərəfdaşdır, əməkdaşlıq bərpa olunan enerjiyə genişlənəcək — Borerro

Azərbaycan Avropanın enerji təhlükəsizliyində əsas tərəfdaşdır, əməkdaşlıq bərpa olunan enerjiyə genişlənəcək — Borerro
02.06.2025 12:08

Azərbaycan Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaşdır və tərəflər gələcəkdə bərpa olunan enerji sahəsində əməkdaşlığı genişləndirməyi planlaşdırırlar. Bu barədə Aİ nümayəndəsi Kristina Borrero Bakı Enerji Həftəsində etdiyi çıxışında bildirib.

“Avropa Komissiyası 6 mayda REPowerEU Yol Xəritəsini təqdim edib və bu sənəd Rusiyadan enerji asılılığını tam aradan qaldırmağı hədəfləyir”,  - Borrero deyib. 

O əlavə edib ki, Azərbaycan qazı və Cənub Qaz Dəhlizinin genişləndirilməsi bu planın əsas hissəsidir.

“Lakin əməkdaşlığımız təkcə qazla məhdudlaşmır,” — Borerro vurğulayıb. 

Onun sözlərinə görə, tərəflər bərpa olunan enerji, hidrogen və birləşmiş enerji sistemləri sahəsində də birgə investisiyaları nəzərdə tutur.

“Azərbaycanın bərpa olunan enerji istehsalçısına çevrilmək potensialı və istəyi var. Biz dənizdə külək və günəş enerjisi planlarını alqışlayırıq və bu potensialı reallaşdırmaq üçün əməkdaşlığa hazırıq,” —  o qeyd edib.

Aİ nümayəndəsi əlavə edib ki, Avropa İttifaqının yeni Qara Dəniz Strategiyası regional və qitələrarası enerji əlaqələrinin inkişafı üçün yol xəritəsi təqdim edir. 

Onun sözlərinə görə, Qara Dəniz regionu Avropa ilə Xəzər regionu arasında enerji inteqrasiyası üçün əsas qapıdır.

“Gəlin ortaq ambisiyamızı konkret nəticələrə çevirək. Yalnız alıcı və satıcı kimi yox, davamlılıq, rifah və enerji təhlükəsizliyi üçün tərəfdaşlar olaraq irəliləyək,” — avropalı xanım çıxışını tamamlayıb.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol