• $
  • £

Unibankın dəstəyi ilə Uşaqların Səsi Forumu keçirilib

Unibankın dəstəyi ilə Uşaqların Səsi Forumu keçirilib
02.06.2025 16:21

Unibank 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə keçirilən “Bir səhnə, min rəng, bir gələcək” adlı Uşaqların Səsi Forumuna dəstək verib. Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi tərəfindən təşkil edilən Forum, cəmiyyətin diqqətini uşaqların ehtiyaclarına, hüquqlarına və duyğularına yönəltmək, eyni zamanda onların səsini duyurmaq məqsədi daşıyıb. Tədbirdə çıxış edən şəhid övladları və fərqli inkişaf xüsusiyyətlətlərinə malik uşaqlar cəmiyyətə mesajlarını, fikir və  duyğularını, arzularını dilə gətiriblər. 


Onlar çıxışlarında "Mən balacayam, amma bir vətəndaşam, hüquqlarım var", "Biz uşaqlar birlikdə güclüyük və hər birimiz o gücün bir parçasıyıq", "Harda və hansı statusda olsam da, istəyirəm ki, orada yaxşılıq yayılsın", "Mən fərqliyəm və fərqliliyimlə gözələm, güclüyəm", "Bizi eşidin və anlayın", "Bizim oynamaq, təhsil almaq, fikirlərimizi söyləmək hüququmuz var", "Valideynlərimiz bizə təhsil verməklə barabər, sevməyi, mərhəmətli və ədalətli olmağı öyrətsinlər", "Uşaqları qorumaq - gələcəyi qorumaqdır" kimi mühüm və dəyərli mesajlar ötürüblər. 


Tədbirdə çıxış edən qonaqlar da uşaqlara dəstək olub, onların səsinin eşidilməsinin zəruriliyini vurğulayıblar. Sonda uşaqlara təşəkkürnamələr və  hədiyyələr təqdim edilib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol