• $
  • £

TPAO "Şəfəq-Asiman" yatağında 30% alacaq

TPAO "Şəfəq-Asiman" yatağında 30% alacaq
03.06.2025 07:17

Türkiyənin dövlət neft şirkəti TPAO iyunun 3-də Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) və British Petroleum (BP) ilə birlikdə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şəfəq-Asiman” qaz yatağının işlənməsi layihəsinə qoşulmaq üçün sənəd imzalayacaq. Bu barədə  Anews.az-a  Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib.

 TPAO layihədə  30% pay alacaq.

2021-ci ildən bu yana mürəkkəb geoloji şərtlər və yüksək xərclər səbəbindən layihə faktiki olaraq dondurulmuşdu.

2021-ci ilin ilk rübündə “Şəfəq-Asiman” strukturunda SAX01 kəşfiyyat quyusunun qazılması zamanı ilk qaz-kondensat ehtiyatları aşkarlanıb.

Qazıntı işləri dənizdə 623 metr dərinlikdə Caspian Drilling Company tərəfindən aparılıb və məhsuldar “Fasilə” horizontu aşkarlanıb. 

“Şəfəq-Asiman” blokunun ümumi sahəsi 1100 kvadrat kilometr olmaqla Bakıdan 125 km cənub-şərqdə yerləşir. Dənizin dərinliyi burada 650-800 metr arasında dəyişir. Struktur 1961-ci ildə seysmik tədqiqatlar nəticəsində aşkarlanıb.

SOCAR və BP arasında bloka dair müqavilə 2010-cu ilin iyulunda imzalanıb, 2011-ci ilin iyununda qüvvəyə minib. Tərəflərinin pay bölgüsü bərabərdir — 50% SOCAR, 50% BP.

Müqavilənin müddəti 30 ildir və 5 il uzadılmaq imkanı var.

Strukturda 3D seysmik tədqiqatlar aparılıb. Ehtiyatların 500 milyard kubmetr qaz və 65 milyon ton qaz kondensatı olduğu təxmin edilir.

“Bu çox çətin layihədir. TPAO-nun bu layihəyə qoşulmaq istəyi şirkətin nüfuzunu və beynəlxalq reytinqini artırır. 2025-ci ilin əvvəlindən TPAO-nun dünya miqyasında aktivliyinin artması onun iştirakını daha vacib edir,” — Bayraktar bildirib.

TPAO-nun bu layihədə yeni qaz və qaz-kondensat yataqlarının aşkarlanmasına nail olub-olmayacağı hələ bəlli deyil.

“Tərəfdaşlarımız SOCAR və BP-dir. Biz Xəzər layihələri çərçivəsində Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək niyyətindəyik,” — nazir qeyd edib.

Bayraktar həmçinin vurğulayıb ki, Türkiyə və Azərbaycanın enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir və alternativ mənbələrdən Avropaya yeni qaz təchizatı layihələrinin reallaşacağına ümidlidir.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol