• $
  • £

Regional enerji təhlükəsizliyi üçün yeni interkonnektor layihələri vacibdir -Rumıniya energy naziri

Regional enerji təhlükəsizliyi üçün yeni interkonnektor layihələri vacibdir -Rumıniya energy naziri
03.06.2025 11:11

Regionun enerji təhlükəsizliyinin və bərpa olunan enerji mənbələrinin inteqrasiyasının gücləndirilməsi üçün sərhədlərarası elektrik və qaz interkonnektorlarının inkişafı vacibdir. Bunu Rumıniyanın energetika naziri Pavel Kasian Nitulesku çərşənbə axşamı bildirib.

Bakıdakı Enerji Forumunda çıxış edən Nitulesku vurğulayıb ki, Rumıniya infrastruktur layihələrinə sərmayələri prioritet hesab edir və bu istiqamətdə regionun təhlükəsizliyin və dayanıqlığın artırılmasına çalışır. O, Rumıniyanın Yunanıstan, Bolqarıstan, Macarıstan, Moldova və Ukrayna ilə birgə həyata keçirdiyi Şaquli Dəhliz layihəsində iştirak etdiyini və bunun Mərkəzi və Şərqi Avropada təchizat imkanlarını genişləndirməyə xidmət etdiyini qeyd edib.

Nazir, həmçinin, Qara dənizdən Rumıniyanın qərb sərhədinədək uzanacaq 5,000 MVt gücündə yüksək gərginlikli birbaşa cərəyan (HVDC) interkonnektorunun tikintisini diqqətə çatdırıb. 

“Layihə Azərbaycan, Gürcüstan və Macarıstanla əməkdaşlıq çərçivəsində Qara dəniz üzərindən sualtı kabel vasitəsilə genişləndiriləcək və Avropa İttifaqının “Yaşıl Dəhliz” təşəbbüsünün bir hissəsi olacaq”, - o bildirib.

Nitulesku deyib ki, Rumıniyanın Qara dənizdə 2027-ci ilə qədər planlaşdırılan dəniz qaz hasilatı, gələcək külək enerjisi layihələri və kiçik modullu reaktorları da əhatə edən nüvə layihələri ölkənin Avropa enerji bazarında rolunu daha da gücləndirəcək.

Nazir əlavə edib ki, gələcəkdə səylər enerji sektoruna investisiya cəlbi, strateji tənzimləmə bazasının yaradılması və Rumıniyanın spesifik ehtiyaclarına uyğun istehsal güclərinin inkişafına yönələcək. 

O, təhlükəsiz, əlçatan və təmiz enerji təchizatının əhəmiyyətini vurğulayıb.

Nitulesku, həmçinin, Rumıniyanın Moldova və Ukrayna kimi qonşularına enerji təchizatı və nəqliyyat şəbəkələrinin dayanıqlığının artırılması istiqamətində verdiyi dəstəyi xatırladıb.

“Rumıniya regionun enerji təhlükəsizliyinin təminatında etibarlı tərəfdaş olaraq qalır və enerji sahəsində davamlı, səmərəli və sadiq əməkdaşlığa açıqdır,” — Nitulesku bildirib .

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol