• $
  • £

Tbilisidə regionun ilk "quru limanı" açılıb

Tbilisidə regionun ilk "quru limanı" açılıb
04.06.2025 08:07

Tibilisidə Cənubi Qafqaz bölgəsinin ilk dəmir yolu konteyner terminalı — Tbilisi Quru Limanı rəsmi olaraq fəaliyyətə başlayıb. Bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze limanın açılış mərasimində bildirib.

“Bu gün biz mühüm hadisənin şahidi olduq. Regionda ilk müasir dəmir yolu konteyner və yük terminalı olan Tbilisi Quru Limanının rəsmi açılışı baş tutur”, —  Kobaxidze qeyd edib.

Liman 28.5 hektarlıq ərazidə üç mərhələdə inşa olunur. İlk mərhələyə 21 milyon dollar sərmayə yatırılıb və bu mərhələ başa çatıb. İlkin mərhələ illik 100 min konteynerin daşınmasına imkan verəcək. Bütün mərhələlər tamamlandıqdan sonra terminalın illik ötürücülük qabiliyyəti 200 min konteynerə çatacaq.

Baş nazir limanın Orta Dəhliz vasitəsilə Çindən və Mərkəzi Asiyadan yük axınlarının artırılmasında strateji əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, terminal yalnız Gürcüstanın dəniz limanlarına xidmət etməyəcək, həm də region ölkələri üçün konteyner mərkəzi və deposu olacaq.

Kobaxidze bildirib ki, quru liman beynəlxalq avtomagistrallara birbaşa çıxışa malikdir, milli dəmir yolu şəbəkəsinə bağlıdır və Ermənistan və Azərbaycan sərhədlərinə, həmçinin Tbilisi Beynəlxalq Hava Limanına yaxın yerləşir. Bu amillər onu regionun ən səmərəli logistika mərkəzlərindən birinə çevirir.

Tbilisi Quru Limanı paytaxtın kənarında, hava limanı və Samqori dəmir yolu stansiyasının yaxınlığında yerləşir. Layihə Birləşmiş Ərəb Əmirliklərinin Abu Dhabi Ports Group, Norveçin Wilhelmsen Port Services və Gürcüstanın Inveco LLC şirkətlərinin birgə təşəbbüsü ilə həyata keçirilir.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol