• $
  • £

MOL və SOCAR “Şamaxı-Qobustan” yatağı üzrə müqavilə şərtlərini razılaşdırdı

MOL və SOCAR “Şamaxı-Qobustan” yatağı üzrə müqavilə şərtlərini razılaşdırdı
04.06.2025 08:17

Macarıstanın MOL Hungarian Oil and Gas Plc (MOL Group) şirkəti və Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) iyunun 3-də Azərbaycanın quru sahəsində yerləşən “Şamaxı-Qobustan” yatağında kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü üzrə gələcək sazişin əsas şərtlərini razılaşdırıblar. Bu barədə SOCAR məlumat yayıb.

Razılaşmaya əsasən, layihənin operatoru 65% pay ilə MOL olacaq, SOCAR isə 35% paya malik olacaq.

“MOL Group-un Azərbaycanda beşillik fəaliyyətini qeyd etdiyi bir ildə SOCAR ilə yeni sazişin imzalanması əməkdaşlığımızın dərinləşməsinə və gələcək kəşfiyyata sadiqliyimizi göstərir. Strategiya tərəfdaşlığımızın genişlənməsi uğurlu əməkdaşlığımızı və ortaq məqsədlərimizi əks etdirir”, — MOL-un İdarə Heyətinin sədri və baş icraçı direktoru Jolot Hernadi bildirib.

Hazırda MOL “Azəri-Çıraq-Günəşli” yatağının işlənməsi layihəsində 9,57% və Bakı-Tbilisi-Ceyhan neft kəmərində 8,9% paya malikdir.

Azərbaycan Prezidenti daha əvvəl SOCAR-a “Şamaxı-Qobustan” üzrə müqavilənin 2026-cı ilin əvvəlinə qədər imzalanması üçün hazırlıq tapşırığı verib.

Hazırda tərəflər sazişin əsas prinsiplərini razılaşdırır.

MOL və SOCAR 2024-cü il sentyabrın 20-də “Şamaxı-Qobustan” blokunun işlənməsi üzrə Anlaşma Memorandumu imzalayıblar. Azərbaycanın ən qədim neft yataqlarından biri olan bu sahənin işlənməsi üçün reabilitasiya, investisiya və yeni texnologiyaların tətbiqi tələb olunur.

Macarıstan əvvəllər Rusiya enerji daşıyıcılarından asılı olsa da, indi mənbələrin şaxələndirilməsi siyasəti yürüdür və Azərbaycanı şəffaf şərtlərlə etibarlı tərəfdaş kimi görür.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol