• $
  • £

Serbiya Azərbaycan qazının idxalını artırmaq istəyir

Serbiya Azərbaycan qazının idxalını artırmaq istəyir
05.06.2025 08:41

Serbiya Rumıniya və Şimali Makedoniyanın qaz nəqli sistemlərinə qoşulmaq və Bolqarıstan vasitəsilə Cənub Qaz Dəhlizinə çıxış əldə etmək imkanlarını nəzərdən keçirir. Bu barədə Serbiya Mədən və Energetika Nazirliyinin Neft və Qaz məsələləri üzrə köməkçisi Saşa Kokoviç məlumat verib. 

Kokoviç qeyd edib ki, Belqrad bu layihənin həyata keçirilməsində Avropa Komissiyasının dəstəyinə ümid edir.

“Ümid edirik ki, SOCAR ilə birlikdə tədarük həcmləri və nəqletmə qabiliyyəti üzrə optimal həllər tapacağıq. Azərbaycanın potensialını nəzərə alaraq, Bolqarıstan sərhədində yerləşən Kalotina bölgəsindəki yeni interkonnektor vasitəsilə daha çox Azərbaycan qazı ala biləcəyimizi gözləyirik”, — o bildirib.

Onun sözlərinə görə, Serbiyanın illik qaz tələbatı 3 milyard kubmetrdir və Belqrad bu tələbatın 400 milyon kubmetrdən çoxunu Azərbaycandan almağı planlaşdırır.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol