• $
  • £

Azərbaycan qazı Aİ-nin enerji təhlükəsizliyini gücləndirir -TAP

Azərbaycan qazı Aİ-nin enerji təhlükəsizliyini gücləndirir -TAP
05.06.2025 08:49

Son 4,5 ildə Cənub Qaz Dəhlizi (SGC) və onun Avropa hissəsi olan Trans Adriatik Boru Kəməri (TAP) vasitəsilə Avropaya 47 milyard kubmetrdən çox Azərbaycan qazı çatdırılıb,  Bunu TAP-ın icraçı direktoru Luka Şieppati  bildirib.

Onun sözlərinə görə, bu həcmin 39 milyard kubmetri İtaliyaya ixrac olunub.

“Qaz mənbələrinin şaxələndirilməsinə böyük töhfə vermişik və bu, Aİ üçün prioritetdir. Azərbaycan qazı bazarın likvidliyini artırır , sənaye və ev təsərrüfatları üçün elektrik enerjisi xərclərini azaltmağa kömək edir”, —  Şieppati bildirib.

O vurğulayıb ki, hazırda Azərbaycan qazını 45 Avropa şirkəti alır və Aİ Azərbaycanın sabit və fasiləsiz enerji təchizatına etibar edir.

Şieppati əlavə edib ki, 2026-cı ilin yanvarından etibarən “Şahdəniz” yatağından Avropaya qaz ixracı ildə 1–1,2 milyard kubmetr artacaq və əsasən İtaliyaya yönəldiləcək.

Onun sözlərinə görə, TAP və SGC infrastrukturu yüksək layihələndirmə və tikinti standartlarına cavab verir. TAP Albaniyada geoloji təhlükəli əraziləri real vaxt rejimində izləmək üçün fiber-optik monitorinq sistemindən və zəlzələlər zamanı risklərin idarə olunması üçün seysmik monitorinq sistemindən istifadə edir. Boru kəmərinin vəziyyəti süni intellekt, dronlar və peyk şəkilləri vasitəsilə qiymətləndirilir.

“Bütün bu texnologiyalar və innovasiyalar TAP-ın gündəlik etibarlılığını təmin edir”, —  o əlavə edib.

Aİ 2020-ci il dekabrın 31-dən etibarən Azərbaycandan qaz alır.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol