• $
  • £

Azərbaycandan Aİ-ə çağırış

Azərbaycandan Aİ-ə çağırış
05.06.2025 08:57

Azərbaycan Avropaya təbii qaz tədarükünü artırmağa hazırdır, lakin bunun üçün uzunmüddətli müqavilələr və investisiya risklərinin azaldılması tələb olunur.Bunu energetika nazirinin müavini Kamal Abbasov bildirib.

"Əgər Avropa İttifaqı Azərbaycandan əlavə qaz istəyirsə, uzunmüddətli müqavilələr, investisiya risklərinin azaldılmasına dəstək və ya əlavə qaz hasilatı üçün maliyyələşdirmə lazımdır," — Abbasov deyib.

Daha əvvəl SOCAR-ın nümayəndəsi Vitali Bəylərbəyov bildirib ki, Xəzər dənizində yerləşən Abşeron qaz-kondensat yatağının ikinci fazası üzrə yekun investisiya qərarının (FID) 2025-ci ildə qəbul ediləcəyi gözlənilir. İkinci fazanın istismara verilməsi 2028-ci ilin sonu və ya 2029-cu ilin əvvəlinə planlaşdırılır.

"Bu layihə Azərbaycanda hasilata ildə ən azı 4.5 milyard kubmetr əlavə qaz qatacaq," — deyərək o, əlavə edib ki, layihənin icra müddəti $2.9 milyard dəyərində olan və Şahdəniz yatağında tikiləcək yeni kompressor platformasının istifadəyə verilməsi ilə üst-üstə düşəcək.

Bu platforma ümumi istismar müddətində 50 milyard kubmetrədək əlavə qaz hasil edəcək.

Abşeron yatağının birinci fazasından qaz hasilatı 2023-cü ilin iyulunda, Şahdəniz yatağından isə 2006-cı ilin dekabrında başlayıb.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol