• $
  • £

Qazprom İrana qaz satmaq üçün Bakının “hə”sini gözləyir – EKSKLÜZİV

Qazprom İrana qaz satmaq üçün Bakının “hə”sini gözləyir – EKSKLÜZİV
10.06.2025 10:01

Rusiya Federasiyasının “Qazprom” şirkəti Azərbaycanla ölkənin ərazisindən istifadə etməklə Rusiyadan İrana qaz tranziti imkanlarını müzakirə etsələr də , hələlik Azərbaycan buna reaksiya vermir. Bunu Anews.az-la söhbətdə Qazprom Bakı nümayəndəliyinin rəhbəri Maqsud Anderjanov bildirib. 

Əsas müzakirə mövzusu Moskva və Tehranın 2025-ci ilin yanvarında irəli sürdüyü təklifdir.

"Cari il ərzində Azərbaycan, Rusiya və İran arasında ilkin üçtərəfli məsləhətləşmələr aparılsa da, Azərbaycan hələlik bu təşəbbüsə rəsmi cavab verməyib.Azərbaycan tərəfi hələlik təkliflə bağlı rəsmi mövqe bildirməyib və biz onların reaksiyasını diqqətlə izləyirik. u çoxtərəfli təşəbbüsdür və Azərbaycan öz maraqları baxımından təhlil aparır",  - Anderjanov bildirib.

2024-cü il iyunun 26-da Tehranda “Qazprom” və İranın Milli Qaz Şirkəti (NIGC) arasında Rusiyadan İrana qaz nəqli üzrə strateji memorandum imzalanıb.

Həmin sənəddə Azərbaycan tranzit ölkə kimi açar rolunda nəzərdən keçirilir.

Danışıqlar 2024-cü ilin payızında davam etdirilib və 2025-ci ildə də bir neçə dəfə yenilənib.

Rusiya tərəfinin qiymətləndirməsinə görə, ilkin mərhələdə Azərbaycan üzərindən İrana illik 2 milyard kubmetrə qədər qaz nəql oluna bilər. Uzunmüddətli perspektivdə bu həcmin 55 milyard kubmetrə qədər artırılması planlaşdırılır ki, bu da yeni infrastrukturun yaradılmasını və geosiyasi risklərin qiymətləndirilməsini tələb edir.

"Bizim üçün bunu etmək çətin deyil. Birinci mərhələdə 2 milyard kubmetrdən başlaya bilərik. Daha sonra 55 milyarda çatdırmaq üçün infrastrukturu böyütmək asan işdir",  -  Qazprom rəsmisi bildirib. 

 Azərbaycan Rusiya qazını İrana 1970-ci ildə tikilən və  illik ötürmə gücü 4 milyard kubmetr olan  Hacıqabul–Astara magistral qaz kəməri vasitəsilə ixrac edə bilər. 

2006-cı ildə “Şahdəniz” yatağı istifadəyə verilməmişdən əvvəl “Qazprom” Azərbaycana birbaşa qaz ixrac edib.

Daha sonra bu əməkdaşlıq müxtəlif formatlarda, o cümlədən Astara kompressor stansiyası vasitəsilə swap mexanizmləri şəklində davam edib.

Lakin həm Rusiya, həm də İran beynəlxalq sanksiyalar altında olduğundan, Azərbaycan belə iri enerji layihələrinə ehtiyatla yanaşır.

İranın təbii qaz ehtiyatları 34 trilyon kubmetr olaraq qiymətləndirilir və əsasən Fars körfəzi bölgəsində yerləşir.

Buna baxmayaraq, geosiyasi məhdudiyyətlər genişmiqyaslı ixrac infrastrukturunun inkişafına əngəl yaradır.

İstiqamət: 6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və
digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;

Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb. 

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol