• $
  • £

SOCAR Almaniyanın SEFE şirkəti ilə 10 illik qaz təchizatı sazişi imzalayıb

SOCAR Almaniyanın SEFE şirkəti ilə 10 illik qaz təchizatı sazişi imzalayıb
10.06.2025 11:18

Azərbaycanın dövlət neft şirkəti SOCAR Almaniyanın dövlətə məxsus enerji şirkəti SEFE (Securing Energy for Europe) ilə 10 illik təbii qaz təchizatı sazişi imzalayıb. Bu barədə şirkətlər çərşənbə axşamı birgə bəyanat yayıb.

Müqaviləyə əsasən, SOCAR Avropa bazarlarına illik 15 teravatt-saat (TWh) — təxminən 1,5 milyard kubmetr (bcm) həcmində qaz çatdıracaq. Təchizat həcmi mərhələli şəkildə artırılacaq.

Razılaşma həmçinin qaz kompressorları da daxil olmaqla hasilat və nəqliyyat infrastrukturuna investisiyaları nəzərdə tutur. Bu, Avropaya boru kəməri ilə daha çox qaz çatdırılmasına və qitənin enerji təhlükəsizliyinin gücləndirilməsinə xidmət edəcək.

“Bu uzunmüddətli müqavilə Almaniya ilə Azərbaycan arasında möhkəm əlaqələrin göstəricisidir. Bu tərəfdaşlıqla Avropaya böyük həcmdə qazın çatdırılması üçün yeni bir marşrut yaradaraq portfelimizi şaxələndirir və müştərilərimizin enerji təminatında təhlükəsizliyi artırırıq,” —  SEFE-nin baş icraçı direktoru Dr. Eqbert Leqe bildirib.

SOCAR prezidenti Rövşən Nəcəf bu sazişi “Avropanın enerji təhlükəsizliyinə töhfə verən növbəti əlamətdar addım” adlandırıb.

“SEFE-yə etibarlı və əhəmiyyətli qaz həcmləri çatdırmaqla Azərbaycan və Almaniya arasında tərəfdaşlığı gücləndiririk və Avropanın enerji müxtəlifliyi və dayanıqlı inkişaf hədəflərinə dəstək veririk,” — o vurğulayıb.

SOCAR Avropa tərəfdaşları üçün fasiləsiz və təhlükəsiz təchizatı təmin etmək məqsədilə infrastruktur və hasilat güclərinə yatırımları davam etdirməyə sadiq olduğunu bildirib.

 

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol