• $ 1.7
  • € 1.9911
  • ₽ 0.021666
  • ₺ 0.0425
  • £ 2.3096

Paşa Bank kredit qərarlarını 28 saata endirib

Paşa Bank kredit qərarlarını 28 saata endirib
10.06.2025 15:32

Paşa Bank, rəqəmsal maliyyələşdirmə platforması vasitəsilə kredit məhsullarının əlçatanlığını və prosesin sürətini əhəmiyyətli dərəcədə artırıb. Bankın açıqlamasına görə, əvvəl 48 saat çəkən kredit qərarvermə prosesi hazırda 28 saatadək azaldılıb, bəzi hallarda isə cavab vaxtı cəmi 2 saat təşkil edir.

Bankın İdarə heyətinin sədri Cavid Quliyev bildirib ki, mikro və orta sahibkarlar kredit müraciətlərini rəqəmsal sistem üzərindən təqdim etdikdən sonra daha tez cavab alırlar. Xüsusilə “kredit xətti” məhsulu üzrə bu müddət artıq 30 saniyəyədək endirilib.

Faktoring və avtomatik uzadılma funksiyası
Yeni avtomatik uzadılma funksiyası və təkmilləşdirilmiş paylama zənciri həlləri böyük distribütor şirkətlər üçün effektivlik yaratmaqla yanaşı, faktoring məhsulunun 2024-cü ildə bankın əsas satış istiqamətlərindən birinə çevrilməsinə səbəb olub.

COP-29-da aktiv iştirak və yaşıl nəqliyyata investisiya
Paşa Bank, ölkə üzrə aparıcı “COP-29” təşəbbüslərində fəal iştirak edir. Bank korporativ dayanıqlıq, rəqəmsal transformasiya, insan kapitalı və iqlim maliyyəsi kimi sahələrdə bir sıra təşəbbüslərə ev sahibliyi edir.

Xüsusilə yaşıl nəqliyyat sahəsində 2023-2024-cü illərdə təxminən 2 milyon manatlıq maliyyə ayıraraq 50 CNG və 5 elektrik avtobusun ölkəyə gətirilməsinə dəstək verib. Bu nəqliyyat vasitələri iqlim dəyişikliyi ilə mübarizədə əhəmiyyətli rol oynayır.

Kənd təsərrüfatına 35 milyon manatlıq investisiya
Agro sahəsində də əhəmiyyətli layihələr həyata keçirilib. Paşa Bank son iki il ərzində damcı suvarma sistemlərinə təxminən 35 milyon manatlıq maliyyə ayıraraq 5 min hektar ərazidə müasir suvarma infrastrukturunun qurulmasına dəstək olub. 

Bu təşəbbüs ölkədə su resurslarının effektiv istifadəsinə töhfə verməyi hədəfləyir.

Bank həmçinin qeyri-maliyyə göstəricilərinə – müştəri rahatlığı, optimizasiya və dayanıqlılıq prinsiplərinə uyğun yanaşma tətbiq edir. Əmək haqqı kartı olmayan şəxslərin belə xidmətlərə cəlb edilməsi də bu siyasətin bir hissəsidir.

Aytac Zeynalova

Oxşar xəbərlər
Oxşar xəbərlər
Unibankın sahibkarlar üçün yay kampaniyası davam edir
İqtisadiyyat 15:41
Unibankın sahibkarlar üçün yay kampaniyası davam edir
Ötən ay Azərbaycanda ucuzlaşan və bahalaşan məhsullar açıqlanıb
İqtisadiyyat 12:59
Ötən ay Azərbaycanda ucuzlaşan və bahalaşan məhsullar açıqlanıb
Ölkədə sənaye istehsalı 2 % azalıb
İqtisadiyyat 12:50
Ölkədə sənaye istehsalı 2 % azalıb
Ölkə iqtisadiyyatına investisiya qoyuluşu azalıb
İqtisadiyyat 12:34
Ölkə iqtisadiyyatına investisiya qoyuluşu azalıb
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
İqtisadiyyat 12:13
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
Azərbaycanda istehlakçılara 94 milyon manat ƏDV geri qaytarılıb
İqtisadiyyat 11:40
Azərbaycanda istehlakçılara 94 milyon manat ƏDV geri qaytarılıb
Azərbaycan neftinin qiyməti 76 dolları keçib
İqtisadiyyat 09:50
Azərbaycan neftinin qiyməti 76 dolları keçib
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:17
Bu günə olan məzənnə açıqlanıb
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
İqtisadiyyat 15:13
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol