• $ 1.7
  • € 1.9776
  • ₽ 0.021807
  • ₺ 0.0393
  • £ 2.2772

Sahibə Qafarova Qazaxıstana səfər edib

Sahibə Qafarova Qazaxıstana səfər edib
11.06.2025 20:19

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Şura və 14-cü plenar iclaslarında iştirak etmək üçün iyunun 11-də Qazaxıstan Respublikasının Astana şəhərinə işgüzar səfərə gedib.

Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə Astana şəhərinin Nursultan Nazarbayev adına Beynəlxalq Hava Limanında spiker Sahibə Qafarovanı Qazaxıstan Parlamenti Məclisinin sədr müavini Albert Rau, Məclisin Beynəlxalq, təhlükəsizlik və müdafiə məsələləri üzrə katibi Aydos Sarım, Məclisin Qanunvericilik və məhkəmə-hüquq islahatları katibi Məhərrəm Məhərrəmov, Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov, TÜRKPA-nın baş katibi Mehmet Süreyya Er və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin spikeri, TÜRKPA-nın fəaliyyətdə olan sədri Sahibə Qafarovanın TÜRKPA-nın Şura və plenar iclaslarında çıxışı, tədbirdə iştirak edən parlament nümayəndə heyətlərinin rəhbərləri və Qazaxıstanın dövlət rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulub.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ukraynanın Baş naziri Azərbaycana enerji yardımına görə təşəkkür edib
Siyasət 23:00
Ukraynanın Baş naziri Azərbaycana enerji yardımına görə təşəkkür edib
Prezident Davosda Qətərin Baş naziri və xarici işlər naziri ilə görüşüb
Siyasət 22:47
Prezident Davosda Qətərin Baş naziri və xarici işlər naziri ilə görüşüb
Əliyev: Azərbaycan Avrasiya nəqliyyat əlaqələrinin əsas qovşaqlarından biridir
Siyasət 20:48
Əliyev: Azərbaycan Avrasiya nəqliyyat əlaqələrinin əsas qovşaqlarından biridir
Hakan Fidanla Marko Rubio arasında telefon danışığı olub
Siyasət 20:39
Hakan Fidanla Marko Rubio arasında telefon danışığı olub
Əliyev: siyasi iradə olarsa, Azərbaycan və Ermənistan qısa müddətdə sülhə nail ola bilər
Siyasət 19:55
Əliyev: siyasi iradə olarsa, Azərbaycan və Ermənistan qısa müddətdə sülhə nail ola bilər
Prezident Davosdakı panel iclasında iştirak edir
Siyasət 19:48
Prezident Davosdakı panel iclasında iştirak edir
Litva Prezidenti “Qara Yanvar”ın ildönümündə Azərbaycanla həmrəylik ifadə edib
Siyasət 19:18
Litva Prezidenti “Qara Yanvar”ın ildönümündə Azərbaycanla həmrəylik ifadə edib
İlham Əliyev Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb
Siyasət 18:45
İlham Əliyev Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb
Əliyev Davosda “J.P. Morgan”ın baş icraçı direktoru Ceymi Daymonla görüşüb
Siyasət 15:49
Əliyev Davosda “J.P. Morgan”ın baş icraçı direktoru Ceymi Daymonla görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol