• $
  • £

Paşa Bank iyunun üçüncü həftəsində 60 milyon manatlıq yeni istiqrazlar buraxacaq

Paşa Bank iyunun üçüncü həftəsində 60 milyon manatlıq yeni istiqrazlar buraxacaq
12.06.2025 11:24

Azərbaycanın sustem formalaşdıran kommersiya banklarından biri olan Paşa Bank iyunun üçüncü həftəsində yeni istiqraz emissiyasına başlayacaq. Bu barədə bankın törəmə investisiya şirkəti Paşa Kapitalın direktor müavini İlqar Tağıyev məlumat verib.

Onun sözlərinə görə, istiqrazlar üç ayrı tranşla buraxılacaq və hər bir tranşın həcmi 20 milyon manat təşkil edəcək.

“İstiqrazların müddətləri 3, 6 və 12 ay olacaq. Faiz dərəcələri isə müvafiq olaraq 8%, 10% və 11% səviyyəsində müəyyən edilib,” – Tağıyev bildirib.

Yeni buraxılış Paşa Bankın likvidlik idarəçiliyini və yerli investorların marağını artırmaq məqsədi daşıyır. Bank əvvəllər də qısa və orta müddətli istiqraz emissiyaları həyata keçirərək daxili bazarda fəal iştirakçı kimi çıxış edib.

Paşa Bank Azərbaycanın ən iri özəl banklarından biridir və əsasən korporativ bankçılıq, investisiya və fərdi bank xidmətləri üzrə ixtisaslaşıb. Bankın törəmə şirkəti Paşa Kapital isə kapital bazarlarında vasitəçilik xidmətləri göstərir.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol