• $
  • £

Azərbaycan qeyri-neft-qaz ixracını artırıb

Azərbaycan qeyri-neft-qaz ixracını artırıb
12.06.2025 12:37

Bu ilin yanvar-may aylarında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 11,6 % artaraq 1,4 milyard ABŞ dolları təşkil edib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi m'lumat yayıb.

Son 1 ildə ölkənin yeyinti məhsullarının ixrac dəyəri 14,4 % artaraq 417,7 milyon ABŞ dolları olub.

Bundan başqa, hesabat dövründə kimya sənayesi məhsullarının ixrac dəyəri 46,8 milyon ABŞ dolları və yaxud 45,9 %, şəkərin ixrac dəyəri 3 milyon ABŞ dolları və yaxud 30,1 %, qara metallar və onlardan hazırlanan məmulatların ixrac dəyəri 3,8 milyon ABŞ dolları və yaxud 11,3 %, meyvə-tərəvəzin ixrac dəyəri 48 milyon ABŞ dolları və yaxud 19,1 %, pambıq ipliyin ixrac dəyəri 1,3 milyon ABŞ dolları və yaxud 14,5 % artıb.

İl ərzində aqrar məhsulların ixrac dəyəri 17,2 % artaraq 331,2 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixrac dəyəri 5,9 % artaraq 115,6 milyon ABŞ dolları, bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixrac dəyəri isə 14 % artaraq 446,7 milyon ABŞ dolları təşkil edib.

Aytac

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol