• $
  • £

Azərbaycanda 5 ayda vətəndaşlara 91 milyon manatdan çox ƏDV qaytarılıb

Azərbaycanda 5 ayda vətəndaşlara 91 milyon manatdan çox ƏDV qaytarılıb
12.06.2025 16:05

Bu ilin yanvar-mayında Azərbaycanda fiziki şəxslərə 91 milyon manatdan çox əlavə dəyər vergisi (ƏDV) məbləği geri qaytarılıb. Bu barədə məlumatı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti yayıb.

Məlumata görə, 78,3 milyon manat pərakəndə ticarət və ictimai iaşə obyektlərindən alınan mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), habelə özəl tibb müəssisələrinin və fiziki şəxslərin göstərdiyi xidmətlərə görə ödənilən ƏDV-nin geri qaytarılması çərçivəsində istehlakçılara ödənilib.

Bundan əlavə, “ƏDV geri al” layihəsinin genişləndirilməsi nəticəsində fiziki şəxslərə ölkə daxilində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilən ƏDV-nin qismən qaytarılması prosesi də davam edir.

Son 5 ayda bu istiqamətdə qaytarılan ƏDV məbləği 12,8 milyon manat təşkil edib.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol