• $ 1.7
  • € 2.0001
  • ₽ 0.021587
  • ₺ 0.0426
  • £ 2.315

AZAL Çukurova Hava Limanına ilk reysini həyata keçirib

AZAL Çukurova Hava Limanına ilk reysini həyata keçirib
15.06.2025 20:35

15 iyun tarixində Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakıdan Türkiyənin Adana və Mersin şəhərlərinə yaxın ərazidə yerləşən yeni Çukurova Beynəlxalq Hava Limanına ilk birbaşa reysini uğurla həyata keçirib.Bu barədə AZAL-dan məlumat verilib.

Yeni marşrut üzrə uçuşlar həftədə iki dəfə – cümə axşamı və bazar günləri yerinə yetirilir. Bu reyslər yalnız Adana və Mersin deyil, həm də yaxınlıqdakı digər bölgələrə səyahət edən sərnişinlər üçün əlavə rahatlıq yaradacaq.

Uçuşdan əvvəl Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında sərnişinlər üçün təntənəli tədbir təşkil olunub. Təyyarə Çukurova Beynəlxalq Hava Limanında da səmimi şəkildə qarşılanıb, sərnişinlərə şirniyyatlar təqdim edilib.

AZAL-ın bu yeni marşrutu iki qardaş ölkə arasında hava nəqliyyatı əlaqələrinin daha da güclənməsinə mühüm töhfə verir.

Aviabiletləri AZAL-ın rəsmi www.azal.az saytı, mobil tətbiqi, aviaşirkətin kassaları və akkreditə olunmuş agentliklər vasitəsilə əldə etmək mümkündür.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:00
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
Yuxarı Qarabağ kanalında kişi meyiti tapılıb
Cəmiyyət 21:21
Yuxarı Qarabağ kanalında kişi meyiti tapılıb
Sabirabadda qadın doğuş zamanı ölüb
Cəmiyyət 19:31
Sabirabadda qadın doğuş zamanı ölüb
Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər və hüquqi varislər ifadə veriblər
Cəmiyyət 19:26
Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər və hüquqi varislər ifadə veriblər
Zığ şosesi yaxınlığında baş verən yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 18:30
Zığ şosesi yaxınlığında baş verən yanğın söndürülüb - Yenilənib
Sosial şəbəkələrdən fərqlənməyən medialar... -TƏHLİL
Cəmiyyət 18:11
Sosial şəbəkələrdən fərqlənməyən medialar... -TƏHLİL
Qarabağ Universitetində yeni fakültə açılır
Cəmiyyət 18:03
Qarabağ Universitetində yeni fakültə açılır
Diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrverilib
Cəmiyyət 17:00
Diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrverilib
Sabirabadın 6 kəndində qaz kəsiləcək
Cəmiyyət 16:37
Sabirabadın 6 kəndində qaz kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol