Qazaxda evə basqın edən şəxs 3 nəfərə xəsarət yetirib

Qazaxda evə basqın edən maskalı şəxs (və ya şəxslər) 3 nəfərə xəsarət yetirib.
“Qafqazinfo” xəbər verir ki, hadisə Qazaxbəyli kəndində qeydə alınıb.
Onlar mənzilə axşam daxil olub və ev sahibi, 1979-cu il təvəllüdlü Allahverdiyev Emin Yusif oğlundan kiçik toy məclisindən yığılan pulları almağa çalışıblar. Bu zaman ev sahibini bıçaqlayıblar, həyat yoldaşına və övladına xəsarət yetiriblər.
Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır