• $
  • £

Nazir Çinin 5 universitet rəhbəri ilə görüşüb

Nazir Çinin 5 universitet rəhbəri ilə görüşüb
18.06.2025 15:08

İyunun 18-də elm və təhsil naziri Emin Əmrullayev Türkiyənin İstanbul şəhərində davam edən “Qlobal Dayanıqlı İnkişaf Konqresi” çərçivəsində Çinin 20-dək qabaqcıl ali təhsil müəssisəsinin təmsil olunduğu ölkə pavilyonunu ziyarət edib. Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Çin pavilyonunda təmsil olunan ali təhsil müəssisələrinin fəaliyyət istiqamətləri barədə Azərbaycan nümayəndə heyətinə ətraflı məlumat təqdim olunub.

Daha sonra Çinin rəhbər heyətlə təmsil olunan 5 ali təhsil müəssisəsi ilə işgüzar görüş keçirilib. Görüş zamanı iki ölkənin ali təhsil müəssisələri arasında geniş əməkdaşlıq perspektivləri müzakirə olunub. Xüsusilə, texniki elmlər, mühəndislik, tədqiqat və inkişaf sahələrində əməkdaşlığın və inteqrasiyanın vacibliyi vurğulanıb. Eyni zamanda, qarşılıqlı tələbə və müəllim mübadiləsi, birgə proqramların inkişafı, həmçinin ali təhsil müəssisələrinin beynəlxalq rəqabət qabiliyyətinin artırılması istiqamətində qarşılıqlı əməkdaşlıq imkanları qeyd olunub.

Ötən həftə elm və təhsil naziri Emin Əmrullayevin Çinin Çendu şəhərinə səfəri çərçivəsində Çin Xalq Respublikasının elm və texnologiya naziri Yin Hecun ilə görüş keçirilib. Görüş çərçivəsində iki ölkə arasında elm sahəsində əməkdaşlığın inkişafı perspektivləri müzakirə edilib, elm, texnologiya və süni intellekt sahələrində qarşılıqlı əməkdaşlığın gücləndirilməsini təşviq etmək məqsədilə niyyət məktubları imzalanıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Tehranda neft anbarları vuruldu - Video
Dünya 09:39
Tehranda neft anbarları vuruldu - Video
Beyrutun mərkəzində hotelə zərbə endirilib, 4 ölü, 10 yaralı var
Dünya 09:30
Beyrutun mərkəzində hotelə zərbə endirilib, 4 ölü, 10 yaralı var
Yunanıstanda 5,4 bal gücündə zəlzələ olub
Dünya 09:19
Yunanıstanda 5,4 bal gücündə zəlzələ olub
Osloda ABŞ səfirliyi yaxınlığında partlayış baş verib
Dünya 09:00
Osloda ABŞ səfirliyi yaxınlığında partlayış baş verib
İran dronu Dubayda “23-Marina” göydələninə düşüb
Dünya 23:11
İran dronu Dubayda “23-Marina” göydələninə düşüb
İran Ekspertlər Şurası tezliklə Ali Lideri seçəcək
Dünya 21:48
İran Ekspertlər Şurası tezliklə Ali Lideri seçəcək
Ərdoğan TDT-yə üzv dövlətlərin xarici işlər nazirlərini qəbul edib
Dünya 19:46
Ərdoğan TDT-yə üzv dövlətlərin xarici işlər nazirlərini qəbul edib
Rusiyada yanacaqdoldurma məntəqəsində yanğın baş verib
Dünya 18:14
Rusiyada yanacaqdoldurma məntəqəsində yanğın baş verib
İranda ali təhsil müəssisələrində dərslər ilin sonuna qədər onlayn olacaq
Dünya 16:21
İranda ali təhsil müəssisələrində dərslər ilin sonuna qədər onlayn olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol