• $
  • £

Rusiya İrana zənginləşdirilmiş uranla bağlı əməkdaşlıq təklif edib

Rusiya İrana zənginləşdirilmiş uranla bağlı əməkdaşlıq təklif edib
19.06.2025 13:48

Rusiya İrana zənginləşdirilmiş uran sahəsində əməkdaşlıq təklif etməyə hazırdır. Bunu “Rosatom”un baş direktoru Aleksey Lixaçov bildirib.

 Onun sözlərinə görə, İranın nüvə sənayesinə aid əksər obyektlər son hücumlar zamanı zərər görməyib, çünki onlar yerin dərin qatlarında yerləşir.

“Biz İran tərəfi ilə zənginləşdirilmiş uran sahəsində razılaşdırılacaq çərçivədə əməkdaşlığa hazırıq”, –  Lixaçov Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində jurnalistlərə bildirib.

O əlavə edib ki, birbaşa zərbə olmasa da, elektrik enerjisinin kəsilməsi və ya heyətin səhvləri kimi dolayı amillər istənilən nüvə obyektinin təhlükəsizliyinə təsir edə bilər.

Bundan əvvəl Lixaçov məlumat vermişdi ki, “Rosatom” artıq İranda “Buşer” Atom Elektrik Stansiyasında ezamiyyətdə olan bəzi əməkdaşlarını evakuasiya edib və bu prosesə Azərbaycan və Ermənistanın dəstək göstərdiyini vurğulayıb.

O, eyni zamanda qadınlar, uşaqlar və tikinti işlərini başa vurmuş heyətin də evakuasiyasının nəzərdən keçirildiyini deyib.

Lixaçov qeyd edib ki, stansiyanın işlək birinci enerji blokuna hücum baş versə, nəticələr Çernobıl qəzası ilə müqayisə oluna bilər.

Rusiyanın Tehrandakı səfirliyi isə bildirib ki, “Buşer” AES normal rejimdə fəaliyyət göstərir və rusiyalı mütəxəssislər üçün təhlükə müşahidə olunmur.

Kremlin sözçüsü Dmitri Peskov isə təsdiqləyib ki, İsrail Rusiya mütəxəssislərinin təhlükəsizliyini təmin edəcəyinə dair öhdəlik verib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Tehranda neft anbarları vuruldu - Video
Dünya 09:39
Tehranda neft anbarları vuruldu - Video
Beyrutun mərkəzində hotelə zərbə endirilib, 4 ölü, 10 yaralı var
Dünya 09:30
Beyrutun mərkəzində hotelə zərbə endirilib, 4 ölü, 10 yaralı var
Yunanıstanda 5,4 bal gücündə zəlzələ olub
Dünya 09:19
Yunanıstanda 5,4 bal gücündə zəlzələ olub
Osloda ABŞ səfirliyi yaxınlığında partlayış baş verib
Dünya 09:00
Osloda ABŞ səfirliyi yaxınlığında partlayış baş verib
İran dronu Dubayda “23-Marina” göydələninə düşüb
Dünya 23:11
İran dronu Dubayda “23-Marina” göydələninə düşüb
İran Ekspertlər Şurası tezliklə Ali Lideri seçəcək
Dünya 21:48
İran Ekspertlər Şurası tezliklə Ali Lideri seçəcək
Ərdoğan TDT-yə üzv dövlətlərin xarici işlər nazirlərini qəbul edib
Dünya 19:46
Ərdoğan TDT-yə üzv dövlətlərin xarici işlər nazirlərini qəbul edib
Rusiyada yanacaqdoldurma məntəqəsində yanğın baş verib
Dünya 18:14
Rusiyada yanacaqdoldurma məntəqəsində yanğın baş verib
İranda ali təhsil müəssisələrində dərslər ilin sonuna qədər onlayn olacaq
Dünya 16:21
İranda ali təhsil müəssisələrində dərslər ilin sonuna qədər onlayn olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol