Bakıda "BakuBus" qəza törədib - Yaralılar var

Bakıda marşrut avtobusu qəzaya düşüb. Bu barədə Bakuplus.az saytı məlumat yayıb.
Hadisə paytaxtın Xətai rayonu ərazisində, Əhmədlidə baş verib.
“Bakubus” MMC-yə məxsus “BYD” markalı avtobus idarəetmədən çıxaraq səkiyə və ağaca çırpılıb.
Hadisə yerinə bir neçə təcili yardım maşını gəlib. Xəsarət alanların olduğu deyilir.
Qəza yerindən görüntüləri təqdim edirik: