• $ 1.7
  • € 1.9961
  • ₽ 0.021425
  • ₺ 0.0419
  • £ 2.2937

Ceyhun Bayramov İƏT-in Nazirlər Şurasının 51-ci sessiyasında iştirak edib

Ceyhun Bayramov İƏT-in Nazirlər Şurasının 51-ci sessiyasında iştirak edib
21.06.2025 18:37

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə işgüzar səfəri çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının İstanbul şəhərində keçirilən 51-cı sessiyasında iştirak edib.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Sessiyada İƏT coğrafiyasında artan geosiyasi gərginliklərin fonunda meydana gələn siyasi, iqtisadi, humanitar, ətraf mühit və təhlükəsizlik çağırışları, onlarla mübarizədə əməkdaşlıq, habelə postmünaqişə dövründə regional vəziyyətdən bəhs olunub.

Ceyhun Bayramov çıxışı zamanı qarşıdan gələn İƏT sədrliyi münasibətilə Türkiyə Respublikasını təbrik edib, Azərbaycanın Türkiyənin sədrlik prosesinə dəstək göstərməyə hazır olduğunu bildirib.

Azərbaycanın 2026-cı ildə təhvil alacağı İƏT sədrliyini İslam dünyasının həmrəyliyi və inkişafına töhfə vermək üçün ciddi tarixi fürsət olaraq dəyərləndirdiyi qeyd olunub.

Dünyada artan İslamofobiya meyllərinin narahatlıq doğurduğu, Azərbaycanın bu təhdidin bütün forma və təzahürlərini qətiyyətlə pislədiyi və İslamofobiya ilə mübarizədə İƏT çərçivəsində göstərilən təşəbbüsləri dəstəkləyi vurğulanıb.

Qəzzada mövcud humanitar vəziyyətə toxunulub və bununla bağlı təxirəsalınmaz tədbirlərin görülməsinin əhəmiyyəti qeyd edilib.

Yaxın Şərqdə gərginliyin coğrafiyasının genişlənməsinin, İran İslam Respublikasına qarşı həyata keçirilmiş hərbi əməliyyatların narahatlıq doğurduğu, Azərbaycanın beynəlxalq hüququn norma və prinsipləri əsasında diplomatik prosesin bərpasına çağırış etdiyi bildirilib.

Cammu və Kəşmir münaqişəsinin BMT Təhlükəsizlik Şurası, o cümlədən İƏT-in müvafiq qətnamələrinə uyğun olaraq, sülh yolu ilə həllini tam dəstəklədiyi qeyd olunub, 10 may 2025-ci il tarixində əldə olunmuş atəşkəs razılaşmasının əhəmiyyəti vurğulanıb.

Suriyada mövcud humanitar vəziyyətdən bəhs edilib, bölgədə bərpa və reinteqrasiya addımlarının beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin vacibliyi qeyd edilib.

Bayramov, həmçinin postmünaqişə dövründə regional bərpa, quruculuq və sülh səyləri, habelə normallaşma prosesini təhdid edən çağırışlardan ətraflı bəhs edib. Ermənistan konstitusiyasında Azərbaycana qarşı mövcud ərazi iddiaları, keçmiş münaqişənin qalığı olan ATƏT-in Minsk Qrupu kimi qurumların hələ də ləğv olunmamasının sülh sazişinin imzalanmasının qarşısını aldığı diqqətə çatdırılıb.

Ermənistanın Azərbaycan və Naxçıvan arasında maneəsiz əlaqənin təmin olunması öhdəliyini yerinə yetirməməsi barədə məlumat verilib.

Çıxış zamanı nazir indiki Ermənistan ərazilərindən qovulmuş azərbaycanlıların, Qərbi Azərbaycan İcmasının hüquqlarının bu ölkə tərəfindən kobud şəkildə pozulmasının, onların hüquqlarının inkar olunmasının dayanıqlı sülh və etimad quruculuğuna maneə olduğunu xatırladıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Maldiv Respublikasını Müstəqillik Günü münasibətilə təbrik edib
Siyasət 15:37
Azərbaycan Maldiv Respublikasını Müstəqillik Günü münasibətilə təbrik edib
Ermənistanın konpensasiya ödəməsi müzakirə mövzusu deyil - Hacıyev
Siyasət 14:09
Ermənistanın konpensasiya ödəməsi müzakirə mövzusu deyil - Hacıyev
MN: Anomal istilərlə əlaqədar Azərbaycan Ordusunda bir sıra tədbirlər görülür
Siyasət 17:49
MN: Anomal istilərlə əlaqədar Azərbaycan Ordusunda bir sıra tədbirlər görülür
İsrail Azərbaycana su, dərman və peyk texnologiyası ilə dəstəyini artıracaq
Siyasət 14:50
İsrail Azərbaycana su, dərman və peyk texnologiyası ilə dəstəyini artıracaq
Bakıda yəhudilər özlərini Parisdən daha təhlükəsiz hiss edirlər - səfir
Siyasət 14:13
Bakıda yəhudilər özlərini Parisdən daha təhlükəsiz hiss edirlər - səfir
Nazirlər Kabineti sürücülər üçün Tədris Proqramını təsdiqləyib
Siyasət 12:55
Nazirlər Kabineti sürücülər üçün Tədris Proqramını təsdiqləyib
Kreml Qusmanı Bakıya simpatiyasına görə vəzifədən azad edib
Siyasət 07:48
Kreml Qusmanı Bakıya simpatiyasına görə vəzifədən azad edib
Prezident Əliyev Rusiyaya təyyarə qəzası ilə bağlı başsağlığı verib
Siyasət 18:24
Prezident Əliyev Rusiyaya təyyarə qəzası ilə bağlı başsağlığı verib
Prezident tələbə və doktorantların təqaüdlərinin artırılması barədə sərəncam imzalayıb
Siyasət 14:05
Prezident tələbə və doktorantların təqaüdlərinin artırılması barədə sərəncam imzalayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol