• $ 1.7
  • € 1.9753
  • ₽ 0.021795
  • ₺ 0.0422
  • £ 2.2774

İbrahimzadə: Şəhid və qazi ailələrindən iştirak üçün ödəniş alınmır

İbrahimzadə: Şəhid və qazi ailələrindən iştirak üçün ödəniş alınmır
25.06.2025 14:11

Beynəxalq olimpiadalarda iştirak edən şagirdlər üçün dövlət və alternativ maliyyələşmə modelləri mövcuddur. Bunu Beynəlxalq Olimpiada Mərkəzinin direktoru Xəyal İbrahimzadə anews.az-ın sualını cavablandırarkən deyib. 


 Onun sözlərinə görə, bəzi yarışlarda iştirak Təhsil İnstitutu tərəfindən maliyyələşdirilsə də, digər hallarda valideynlər övladlarının inkişafına özləri investisiya yatırırlar.


“Təhsil İnstitutu vasitəsilə gedən yarışlar dövlət tərəfindən maliyyələşdirilir, lakin bu sistemdə də kommersiya elementləri var. Biz alternativ təqdim edirik – yəni rəsmi siyahıya düşməyən uşaqlar üçün də seçim imkanı veririk,” –  İbrahimzadə qeyd edib.


O əlavə edib ki, Mərkəz şəhid və qazi ailələrindən iştirak üçün heç bir ödəniş tələb etmir. Sosial vəziyyəti çətin olan uşaqlar isə müxtəlif yerli və humanitar şirkətlərin dəstəyi ilə prosesə cəlb olunur.


"İmkanları normal olan valideynlər övladlarının gələcəyinə sərmayə yatırır. Bu da bir seçimdir və bu yanaşma ilə övladlarının təhsilinə töhfə verirlər," – o bildirib.


İbrahimzadə bəzi təhsil ekspertlərinin beynəlxalq olimpiadalarla bağlı yanlış təsəvvürə malik olduğunu da deyib.


“Onlar beynəlxalq yarışlar ilə idman yarışlarını qarışdırır və nəticələrə qızıl, gümüş, bürünc prizmasından yanaşırlar. Halbuki, bu yarışlar akademik potensial və gələcək universitet qəbul prosesində mühüm rol oynayır,” – o əlavə edib.


İbrahimzadəyə görə, xüsusilə aşağı siniflərdə keçirilən beynəlxalq olimpiadalar motivasiya xarakteri daşıyır və şagirdlərin özünəinamını artırır.


“Məsələ yalnız nəticədə deyil – burada məqsəd şagirdə akademik bacarıq qazandırmaq, beynəlxalq təcrübə vermək və təhsilinə dəstək olmaqdır,” –  o vurğulayıb.


Gülnar Nazimqızı
 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Şahin Şıxlinski axtarışa verilib
Cəmiyyət 20:37
Şahin Şıxlinski axtarışa verilib
Şüvəlanda bir nəfər dənizdə batıb
Cəmiyyət 20:11
Şüvəlanda bir nəfər dənizdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 19:25
Bu ərazilərdə qaz olmayacaq
İyulun 6-da keçirilmiş qəbul imtahanının nəticələri açıqlanıb
Cəmiyyət 19:10
İyulun 6-da keçirilmiş qəbul imtahanının nəticələri açıqlanıb
Batma təhlükəsi ilə üzləşən yeniyetmələr xilas edilib - Video
Cəmiyyət 18:51
Batma təhlükəsi ilə üzləşən yeniyetmələr xilas edilib - Video
Laçında dağlıq ərazidə baş verən yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 18:31
Laçında dağlıq ərazidə baş verən yanğın söndürülüb - Yenilənib
“8-ci km Ticarət Mərkəzi”nin adı dəyişdirilib
Cəmiyyət 18:30
“8-ci km Ticarət Mərkəzi”nin adı dəyişdirilib

Bakıda 3 prokurorluq əməkdaşı intizam tənbeh tədbiri qismində vəzifədən azad olunub
Cəmiyyət 17:27
Bakıda 3 prokurorluq əməkdaşı intizam tənbeh tədbiri qismində vəzifədən azad olunub
Bakıda 6 ayda 12 qəsdən adam öldürmə cinayəti baş verib
Cəmiyyət 16:31
Bakıda 6 ayda 12 qəsdən adam öldürmə cinayəti baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol