• $ 1.7
  • € 1.9636
  • ₽ 0.020923
  • ₺ 0.0419
  • £ 2.2694

Prokurorluq Masallıda baş vermiş qətl hadisəsi ilə bağlı məlumat yayıb - Yenilənib

Prokurorluq Masallıda baş vermiş qətl hadisəsi ilə bağlı məlumat yayıb - Yenilənib
29.06.2025 11:10

İyunun 29-da, gecə saat 4 radələrində Masallı rayonunun Xoşçobanlı kəndi ərazisində bir nəfərin qətlə yetirilməsi və bir neçə nəfərin yaralanması ilə bağlı Masallı rayon prokurorluğuna məlumat daxil olub.Bu barədə Masallı rayon prokurorluğundan bildirilib.

Aparılmış ilkin araşdırmalarla, 1996-cı il təvəllüdlü Kamran Zərbəliyevin ov tüfəngi ilə atəş açaraq ailə-məişət münaqişəsi zəminində qohumu Aybəniz Məmmədovanı qəsdən öldürməsinə, digər qohumları Arzu Zərbəliyeva, Aysu Məmmədova və Fərman Qarayevə isə müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Kamran Zərbəliyev şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

 

***

 

İyunun 29-da saat 04 radələrində Masallı rayonu Xoşçobanlı kəndi ərazisində ailə münaqişəsi zəminində qətl törədilməsi barədə polisə məlumat daxil olub. 

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, 1996-cı il təvəllüdlü Kamran Zərbəliyev qayınanası Aybəniz Məmmədovaya, həyat yoldaşı Arzu Zərbəliyevaya, baldızı Aysuna və qohumu Fərman Qarayevə ov tüfəngi ilə xəsarət yetirib. 

A.Məmmədova hadisə yerində ölüb, digərləri xəstəxanaya yerləşdirilib.

K.Zərbəliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan cinayətin aləti olan “Lion” markalı ov tüfəngi götürülüb. 

DİN-in Mətbuat Xidmətindən əlavə edilib ki, K.Zərbəliyev əvvəllər Masallı rayonunda polis orqanlarında qısa müddətdə polis nəfəri kimi xidmət edib, öz raportu əsasında bir müddət öncə xidmətdən xaric olunub.

Araşdırma aparılır.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sumqayıtda yanğın başlayıb
Cəmiyyət 21:47
Sumqayıtda yanğın başlayıb
Çayda uşaq batıb
Cəmiyyət 21:12
Çayda uşaq batıb
Aeroport yolunda maşın yanıb
Cəmiyyət 20:54
Aeroport yolunda maşın yanıb
Bakının bu ərazisində qaz kəsiləcək
Cəmiyyət 19:53
Bakının bu ərazisində qaz kəsiləcək
Bərdə sakini çayda boğulub
Cəmiyyət 19:10
Bərdə sakini çayda boğulub
Azərbaycan Mərkəzi Bankı “PulPal” və “Mpay”ə icrası məcburi göstəriş verib
Cəmiyyət 17:40
Azərbaycan Mərkəzi Bankı “PulPal” və “Mpay”ə icrası məcburi göstəriş verib
SOCAR-ın neft və qaz emalı, həmçinin ixracı 2025-ci ilin ikinci rübündə azalıb
Cəmiyyət 17:36
SOCAR-ın neft və qaz emalı, həmçinin ixracı 2025-ci ilin ikinci rübündə azalıb
Bakı-Qazax avtomobil yolunda təmir işlərinə görə hərəkət məhdudlaşdırılır
Cəmiyyət 17:29
Bakı-Qazax avtomobil yolunda təmir işlərinə görə hərəkət məhdudlaşdırılır
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsi başlayır
Cəmiyyət 16:41
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsi başlayır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol