• $
  • £

İzmir hava limanı meşə yanğınlarına görə müvəqqəti bağlanıb

İzmir hava limanı meşə yanğınlarına görə müvəqqəti bağlanıb
30.06.2025 08:56

Türkiyənin qərbində yerləşən İzmirdə Adnan Menderes Beynəlxalq Hava Limanı əyalətdə davam edən meşə yanğınları səbəbindən uçuşları müvəqqəti dayandırıb. Bu barədə Milliyet qəzeti məlumat yayıb.

Yanğın ocaqları Gaziemir bölgəsinə yaxın yerləşir.

Güclü tüstü və yanğınsöndürmə təyyarələrinin fəaliyyəti səbəbindən bir sıra reyslər ləğv edilib və ya digər şəhərlərə yönləndirilib.

Uçuşların yanğınlar nəzarətə götürüldükdən sonra bərpa olunacağı gözlənilir.

İzmir valisi Süleyman Elban bildirib ki, 1 000-dən çox yanğınsöndürən və onlarca texnika alovla mübarizə aparır. Küləyin sürəti 117 km/saata çatdığı üçün yüngül hava texnikası fəaliyyət göstərə bilmir, yalnız ağır təyyarələr işləyir.

Səfərihisar rayonunda beş yaşayış məntəqəsi təxliyə olunub.

Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı naziri İbrahim Yumaklı son iki gündə Türkiyədə 150 meşə yanğınının qeydə alındığını, onların əksəriyyətinin qərb və şimal-qərb bölgələrində baş verdiyini deyib.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Hakan Fidan Rustem Umerov ilə görüşüb
Dünya 22:00
Hakan Fidan Rustem Umerov ilə görüşüb
Hakan Fidan "HƏMAS"ın Siyasi Bürosunun üzvləri ilə görüşüb
Dünya 21:18
Hakan Fidan "HƏMAS"ın Siyasi Bürosunun üzvləri ilə görüşüb
Ukrayna İsraildən Timur Mindiçi tələb edir
Dünya 20:22
Ukrayna İsraildən Timur Mindiçi tələb edir
Britaniya Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərir
Dünya 19:50
Britaniya Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərir
ABŞ İranın ali lideri Müctəba Xameneinin sağ olduğuna inanır
Dünya 16:13
ABŞ İranın ali lideri Müctəba Xameneinin sağ olduğuna inanır
Sabah Paşinyan Putinlə görüşəcək
Dünya 14:54
Sabah Paşinyan Putinlə görüşəcək
62% respondent Trampın fəaliyyətini bəyənmir
Dünya 09:30
62% respondent Trampın fəaliyyətini bəyənmir
Fransa BMT TŞ-nin təcili iclasını çağırıb
Dünya 23:45
Fransa BMT TŞ-nin təcili iclasını çağırıb
İran Hörmüz boğazından keçid üçün rüsumlar tətbiq etməyi planlaşdırır
Dünya 22:52
İran Hörmüz boğazından keçid üçün rüsumlar tətbiq etməyi planlaşdırır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol