• $
  • £

Avropada anomal istilərə görə “qırmızı” təhlükə səviyyəsi elan edilib

Avropada anomal istilərə görə “qırmızı” təhlükə səviyyəsi elan edilib
30.06.2025 23:30

Fransa Milli Meteorologiya Xidməti Paris və ölkənin 15 mərkəzi departamenti üçün maksimum, “qırmızı” təhlükə səviyyəsi elan edib.Bu barədə xarici mətbuat xəbər verir.

Ölkənin daha 68 bölgəsində “narıncı” xəbərdarlıq edilib.

Sinoptiklərin proqnozuna görə, risk zonasında havanın temperaturu 38-41 dərəcəyə çatacaq, ölkənin əksər ərazilərində isə 34 dərəcədən yuxarı olacaq. 

Meteorologiya xidməti bildirib ki, qırmızı səviyyə əhalinin bütün qrupları üçün təhlükəli olan ekstremal və uzunmüddətli isti dalğası deməkdir. 

İspaniyada yaxın iki gün ərzində gündüz temperaturu 40 dərəcədən yuxarı qalacaq, gecə isə ən azı 25 dərəcəyə çatacaq. Şənbə günü İspaniyanın El Qranado şəhərində ölkədə iyun ayı üçün rekord yüksək temperatur qeydə alınıb - 46 dərəcə. Bundan əvvəlki rekord 1965-ci ildə Sevilya şəhərində temperaturun 45,2 dərəcəyə qalxdığı vaxt qeydə alınıb.

Portuqaliyanın 18 əyalətindən yeddisində, İtaliyanın isə 20-dən çox şəhərində istilərə görə “qırmızı” təhlükə səviyyəsi elan edilib. Londonda havanın temperaturu bazar ertəsi günü 29,7 dərəcəyə yüksələrək 2001-ci ildə təyin edilmiş rekord temperaturu 29,3 dərəcəni keçib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Hakan Fidan Rustem Umerov ilə görüşüb
Dünya 22:00
Hakan Fidan Rustem Umerov ilə görüşüb
Hakan Fidan "HƏMAS"ın Siyasi Bürosunun üzvləri ilə görüşüb
Dünya 21:18
Hakan Fidan "HƏMAS"ın Siyasi Bürosunun üzvləri ilə görüşüb
Ukrayna İsraildən Timur Mindiçi tələb edir
Dünya 20:22
Ukrayna İsraildən Timur Mindiçi tələb edir
Britaniya Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərir
Dünya 19:50
Britaniya Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərir
ABŞ İranın ali lideri Müctəba Xameneinin sağ olduğuna inanır
Dünya 16:13
ABŞ İranın ali lideri Müctəba Xameneinin sağ olduğuna inanır
Sabah Paşinyan Putinlə görüşəcək
Dünya 14:54
Sabah Paşinyan Putinlə görüşəcək
62% respondent Trampın fəaliyyətini bəyənmir
Dünya 09:30
62% respondent Trampın fəaliyyətini bəyənmir
Fransa BMT TŞ-nin təcili iclasını çağırıb
Dünya 23:45
Fransa BMT TŞ-nin təcili iclasını çağırıb
İran Hörmüz boğazından keçid üçün rüsumlar tətbiq etməyi planlaşdırır
Dünya 22:52
İran Hörmüz boğazından keçid üçün rüsumlar tətbiq etməyi planlaşdırır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol