• $
  • £

Ermənistanın sabiq prezidenti Serj Sərkisyana rüşvət almaq ittihamı irəli sürülüb

Ermənistanın sabiq prezidenti Serj Sərkisyana rüşvət almaq ittihamı irəli sürülüb
02.07.2025 14:50

Ermənistanın keçmiş prezidenti Serj Sərkisyana qarşı rüşvət alma və qanunsuz sahibkarlıq fəaliyyəti ittihamı irəli sürülüb. Bu barədə ölkə mediası Ermənistanın Antikorrupsiya Komitəsinə istinadla məlumat yayıb.

İstintaqın məlumatına görə, Sərkisyan 2000–2018-ci illərdə müxtəlif yüksək vəzifələrdə olarkən — o cümlədən müdafiə naziri, baş nazir və prezident postlarında — öz vəzifə səlahiyyətlərindən istifadə edərək yaxın tanışı M.B. vasitəsilə biznes strukturlarının yaradılmasına və idarə edilməsinə iştirak edib.

O, Ararat bölgəsinin Surenavan icmasında bitum zavodunun yaradılmasına şərait yaradıb və 2006-cı ildə Kıbrısta qeydiyyatdan keçmiş iki Rusiya şirkəti ilə birlikdə yeni şirkətin yaradılmasında iştirak edib. Şirkətin 50%-i M.B.-yə məxsus quruma, qalan hissəsi isə rus şirkətlərinə məxsus olub.

İstintaq bildirir ki, Sərkisyan daha sonra M.B.-dən həmin şirkətdəki 22,5%-lik payı rüşvət kimi Ermənistanın sabiq prezidenti Robert Koçaryanın oğlu və qohumuna məxsus şirkətə ötürməsini tələb edib.

Nəticədə, M.B. həmin payı formal alqı-satqı ilə Koçaryan ailəsinə ötürüb və əlavə sərmayə qoyub. 2013-cü ildə şirkətin müflis olmasından sonra Sərkisyan 14 milyon dollar kredit götürülərək Rusiya şirkətlərinin sərmayələrinin qaytarılmasını təşkil edib. Aktivlərin sonrakı satışından əldə olunan gəlirlə Sərkisyan ailəsinə yaxın yeni bir şirkət yaradılıb və bu şirkət sonradan benzin idxalında monopoliya əldə edib.

Sərkisyan həmçinin M.B.-dən Koçaryanın oğluna 6 milyon dollar rüşvət verməsini tələb edib. Bu məbləğ saxta kredit müqaviləsi əsasında köçürülüb.

İstintaq yekunlaşıb və iş materialları ittiham aktı ilə Antikorrupsiya məhkəməsinə göndərilib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Hakan Fidan Rustem Umerov ilə görüşüb
Dünya 22:00
Hakan Fidan Rustem Umerov ilə görüşüb
Hakan Fidan "HƏMAS"ın Siyasi Bürosunun üzvləri ilə görüşüb
Dünya 21:18
Hakan Fidan "HƏMAS"ın Siyasi Bürosunun üzvləri ilə görüşüb
Ukrayna İsraildən Timur Mindiçi tələb edir
Dünya 20:22
Ukrayna İsraildən Timur Mindiçi tələb edir
Britaniya Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərir
Dünya 19:50
Britaniya Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərir
ABŞ İranın ali lideri Müctəba Xameneinin sağ olduğuna inanır
Dünya 16:13
ABŞ İranın ali lideri Müctəba Xameneinin sağ olduğuna inanır
Sabah Paşinyan Putinlə görüşəcək
Dünya 14:54
Sabah Paşinyan Putinlə görüşəcək
62% respondent Trampın fəaliyyətini bəyənmir
Dünya 09:30
62% respondent Trampın fəaliyyətini bəyənmir
Fransa BMT TŞ-nin təcili iclasını çağırıb
Dünya 23:45
Fransa BMT TŞ-nin təcili iclasını çağırıb
İran Hörmüz boğazından keçid üçün rüsumlar tətbiq etməyi planlaşdırır
Dünya 22:52
İran Hörmüz boğazından keçid üçün rüsumlar tətbiq etməyi planlaşdırır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol