• $ 1.7
  • € 1.9776
  • ₽ 0.021807
  • ₺ 0.0393
  • £ 2.2772

Rusiyanın rəsmi müraciətlərinə Azərbaycan tərəfindən cavab verilmədiyi iddiaları əsassızdır - XİN

Rusiyanın rəsmi müraciətlərinə Azərbaycan tərəfindən cavab verilmədiyi iddiaları əsassızdır - XİN
02.07.2025 20:27

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat katibinin və Rusiyanın Azərbaycandakı Səfirliyinin 2 iyul tarixli bəyanatlarında guya Azərbaycanda səfərdə olan Rusiya vətəndaşlarına və onların ailə üzvlərinə qarşı hüquq-mühafizə orqanları tərəfindən fiziki güc tətbiq edildiyi, habelə həbs olunmuş Rusiya vətəndaşlarına konsulluq dəstəyinin göstərilməsi ilə bağlı Rusiyanın rəsmi müraciətlərinə Azərbaycan tərəfindən cavab verilmədiyi iddiaları əsassızdır.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat katibinin və Rusiya Səfirliyinin 2 iyul tarixli bəyanatları ilə bağlı şərhində deyilir.

"Azərbaycan tərəfindən saxlanılan və həbs edilmiş qruplaşmalar, eləcə də ölkəmizdə qanunsuz fəaliyyət göstərən “Sputnik-Azərbaycan” filialında çalışan Rusiya vətəndaşları ilə bağlı Azərbaycan tərəfinin rəsmi mövqeyi ictimaiyyətə açıqlanıb.

Konsulluq dəstəyi məsələsinə gəldikdə, Rusiya tərəfindən 30 iyun və 1 iyul tarixlərində XİN-ə daxil olmuş müraciətlər dərhal aidiyyəti dövlət qurumuna ünvanlanıb və həbs olunmuş şəxslərin kimliyi və təhqiqat aparan səlahiyyətli qurum barədə müvafiq məlumat Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Konsulluq Konvensiyasının 39-cu maddəsinin 1-ci bəndinə əsasən Rusiya tərəfinə təqdim olunub. Ümumilikdə, konvensiyaya uyğun olaraq müraciətlərə baxılması müddəti Rusiya tərəfinə məlumdur.

Qeyd edək ki, Rusiyanın müxtəlif şəhərlərində saxlanılan və cəzaçəkmə müəssisələrində olan Azərbaycan vətəndaşları ilə konsulluq görüşlərinin təşkil olunması üçün dəfələrlə edilmiş müraciətlərimizə Rusiya tərəfindən cavabların həftələrlə gecikdirilməsini Azərbaycan tərəfi heç zaman ictimaiyyətləşdirərək siyasiləşdirməyib.

Qeyd edilənləri nəzərə alaraq, Rusiya tərəfini vəziyyəti süni şəkildə daha da gərginləşdirən addımlardan və bəyanatlardan çəkinməyə çağırırıq", - XİN rəsmisi qeyd edib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident Davosda Qətərin Baş naziri və xarici işlər naziri ilə görüşüb
Siyasət 22:47
Prezident Davosda Qətərin Baş naziri və xarici işlər naziri ilə görüşüb
Əliyev: Azərbaycan Avrasiya nəqliyyat əlaqələrinin əsas qovşaqlarından biridir
Siyasət 20:48
Əliyev: Azərbaycan Avrasiya nəqliyyat əlaqələrinin əsas qovşaqlarından biridir
Hakan Fidanla Marko Rubio arasında telefon danışığı olub
Siyasət 20:39
Hakan Fidanla Marko Rubio arasında telefon danışığı olub
Əliyev: siyasi iradə olarsa, Azərbaycan və Ermənistan qısa müddətdə sülhə nail ola bilər
Siyasət 19:55
Əliyev: siyasi iradə olarsa, Azərbaycan və Ermənistan qısa müddətdə sülhə nail ola bilər
Prezident Davosdakı panel iclasında iştirak edir
Siyasət 19:48
Prezident Davosdakı panel iclasında iştirak edir
Litva Prezidenti “Qara Yanvar”ın ildönümündə Azərbaycanla həmrəylik ifadə edib
Siyasət 19:18
Litva Prezidenti “Qara Yanvar”ın ildönümündə Azərbaycanla həmrəylik ifadə edib
İlham Əliyev Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb
Siyasət 18:45
İlham Əliyev Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb
Əliyev Davosda “J.P. Morgan”ın baş icraçı direktoru Ceymi Daymonla görüşüb
Siyasət 15:49
Əliyev Davosda “J.P. Morgan”ın baş icraçı direktoru Ceymi Daymonla görüşüb
Azərbaycan və Türkiyə XİN rəhbərləri telefon danışığı aparıb
Siyasət 13:27
Azərbaycan və Türkiyə XİN rəhbərləri telefon danışığı aparıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol