Bəzi yerlərdə yağıntılı və küləkli hava müşahidə olunub

Ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, düşən yağıntının miqdarı Şəki, Xaltan, Balakən, Şamaxı, Qobustan, Qusar, Altıağac, İsmayıllı, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Biləsuvar, Lerik, Astarada 4, Bakıda və Abşeron yarımadasında 2 mm-dək qeydə alınıb.
Şimal-şərq küləyinin maksimal sürəti Culfa, Şahbuzda 20, Bakıda və Abşeron yarımadasında isə 15 m/s-yə çatıb.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında eyni zamanda Naxçıvan MR-da 31, Aran rayonlarında 34, dağlıq rayonlarda isə 25 dərəcəyədək isti qeydə alınıb.
Son xəbərlər
Daha çox 