Ermənistanda parlamentdə deputatlara hücum ediblər

Ermənistan parlamentində müxalifətçi "Ermənistan" fraksiyasının deputatı Artur Sarqsyanın çıxışından sonra dava olub.Bunu “Ermənistan” fraksiyasından olan deputat Kristine Vardanyan canlı efirdə deyib.
Hakim "Vətəndaş müqaviləsi" partiyasının üzvü Vaqe Qalumyan A.Sarqsyanın çıxışından sonra ona hücum etməyə cəhd göstərib.
Sarqsyan parlamentin iclas zalını tərk etdikdən sonra hakim partiyadan olan deputatların köməkçiləri zala daxil olaraq deputatlara hücum ediblər. Zala daxil olan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları onları ayırmağa çalışıb.
Son xəbərlər
Daha çox 