• $ 1.7
  • € 2.0001
  • ₽ 0.021587
  • ₺ 0.0426
  • £ 2.315

DTX Azərbaycanda mənzillərin videokamera görüntülərini ələ keçirirək yayan şəbəkəni ifşa edib

DTX Azərbaycanda mənzillərin videokamera görüntülərini ələ keçirirək yayan şəbəkəni ifşa edib
08.07.2025 12:45

Azərbaycan ərazisində yerləşən müxtəlif ofislərdə və mənzillərdə quraşdırılmış videomüşahidə kameralarının idarəetmə qurğularına (DVR) qlobal internet şəbəkəsi üzərindən məsafədən icazəsiz qoşularaq bu mənzillərdə yaşayan sakinlərin şəxsi və ailə həyatının sirrini təşkil edən məlumatları əks etdirən videomaterialları ələ keçirməklə xarici internet informasiya resurslarına yerləşdirilməsini ehtiva edən qanunazidd əməllərlə bağlı əməliyyat-texniki tədbirlər həyata keçirilib.

Bu barədə Dövlət Təhlükəsizliyi Ximdəti (DTX) məlumat verib.

Bildirilib ki, aparılmış araşdırmalarla həmçinin, Azərbaycanda müxtəlif ünvanlarda olan videomüşahidə kameralarının görüntülərinin real vaxt rejimində izlənilməsi imkanına malik istifadəçi hesablarının satışa çıxarıldığı da müəyyən olunub.

Faktla əlaqədar DTX tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə kibermüdaxilə hallarının zərərli nəticələrinin aradan qaldırılması təmin edilib.

Görülmüş təxirəsalınmaz tədbirlərlə kibermüdaxiləyə məruz qalmış müşahidə kameralarının yerləşdiyi ünvanlar təsbit edilmiş, bu cihazlara keçirilmiş texniki baxış zamanı ümumi təhlükəsizlik boşluğu aşkarlanıb və həmin boşluğun kibermüdaxilənin əsas faktoru olduğu müəyyənləşdirilib.

Eyni zamanda, qeyd olunan təhlükəsizlik boşluğunun aradan qaldırılması aidiyyəti xarici istehsalçı şirkətdən tələb edilib, habelə kibermüdaxiləyə məruz qalmış kameraların videogörüntülərinin xarici internet informasiya ehtiyatlarından silinməsi təmin olunub.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Yuxarı Qarabağ kanalında kişi meyiti tapılıb
Cəmiyyət 21:21
Yuxarı Qarabağ kanalında kişi meyiti tapılıb
Sabirabadda qadın doğuş zamanı ölüb
Cəmiyyət 19:31
Sabirabadda qadın doğuş zamanı ölüb
Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər və hüquqi varislər ifadə veriblər
Cəmiyyət 19:26
Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər və hüquqi varislər ifadə veriblər
Zığ şosesi yaxınlığında baş verən yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 18:30
Zığ şosesi yaxınlığında baş verən yanğın söndürülüb - Yenilənib
Sosial şəbəkələrdən fərqlənməyən medialar... -TƏHLİL
Cəmiyyət 18:11
Sosial şəbəkələrdən fərqlənməyən medialar... -TƏHLİL
Qarabağ Universitetində yeni fakültə açılır
Cəmiyyət 18:03
Qarabağ Universitetində yeni fakültə açılır
Diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrverilib
Cəmiyyət 17:00
Diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrverilib
Sabirabadın 6 kəndində qaz kəsiləcək
Cəmiyyət 16:37
Sabirabadın 6 kəndində qaz kəsiləcək
Bakı-Balakən qatarının hərəkət qrafiki dəyişib
Cəmiyyət 16:09
Bakı-Balakən qatarının hərəkət qrafiki dəyişib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol