• $ 1.7
  • € 1.9969
  • ₽ 0.021375
  • ₺ 0.0419
  • £ 2.2839

Azərbaycanda qadağan olunan adlar yoxdur - Ədliyyə Nazirliyi

Azərbaycanda qadağan olunan adlar yoxdur - Ədliyyə Nazirliyi
28.07.2025 18:05

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi körpələrə qoyulan adların siyahısını açıqlayıb. Belə ki, cari ilin son altı ayında Koroğlu, Alaz adlarının hər biri iki uşağa, Əsğər adı dörd uşağa, Həkimə beş uşağa, Çilənay adı isə üç uşağa verilib.

Eyni zamanda Dağlar, Alay, Ayala, Ayat, Xanəli, Bircəgül, Gülan, Tükəzban, Dua, Həkim, Elis, Elissa, Elmidar, Ramon, Güldanə, Zara, Xədicat, Xilqət, Xosaxan, Qəribəli adlarının isə hər biri bir uşağa qoyulub.

Azərbaycanda ötən il isə uşaqlara Tovuz, Alan, Mayya, Kürsümxanım, Xansu, Xansuvar, Almagül, Ağaəmi, Ağadədə, Zərqələm, Qarakişi, Məhluqəzəhra, Səmərqənd, Tuncayə, Nənəş, Arazəli, Dağhan, Amine, Üseyd, Pavel, Sifayə, Siadə, Çigəli, Limanə, Zinhar, Zinharə adları da verilib. Bunların da hərəsi bir uşağa qoyulub.

Bu il oğlan uşaqlarına ən çox Uğur (802), qız uşaqlarına isə Zəhra (533) adı verilib.

Milli məclisin deputatı Ceyhun Məmmədov bildirir ki, dünyanın müxtəlif ölkələrində adlarla bağlı tənzimlənmə var.

"Ad məsələsi sıradan bir məsələ deyil. Ad həmçinin milli kimlik məsələsidir. Digər ölkələrə baxsaq, Fransa, Amerika kimi ölkələrdə eyni ad qoymurlar. Başqa-başqa adlardır. Bizdə də formalaşan adlar sistemi var. Bu ənənə davam edir. Əslində sovet dövründə də bu cür  adlar var idi. Adı Yanvar, Fevral olan insanlar olub. Amma müasir dövrdə bu daha kütləvi hal almağa başlayıb. Hazırda isə qəribə adlar qoymağa başlayıblar. Bu tendensiyada get gedə artır. Nazirlər kabinentinin qərarı düzgün qərardır. Peyğənbərimiz buyurub ki, uşaqlarınıza elə ad qoyun ki,  gələcəkdə insanlar o adı istehza etməsinlər. Valideynlər buna ciddi yanaşmalıdırlar. Dövlətin buna nəzarəti güclü olmalıdır.  Amma indiki situasiyada davam etsək, uşaqların 80%-nin adı gülməli olacaq, - deputat vurğulayıb.

Psixoloq, Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov bildirir ki, son illər Azərbaycanda uşaqlara qeyri-ənənəvi, bəzən isə qəribə adların verilməsi tendensiyası müşahidə olunur.

"Xosaxan, Dua, Zinharə, Tarif, Həkim kimi qeyri-adi adlar uşağın psixoloji inkişafına təsir göstərə bilər. Psixoloq Elnur Rüstəmovun sözlərinə görə, belə adlar fərdiyyət hissini gücləndirsə də, simvolik mənası uşağa düzgün izah olunmadıqda daxili ziddiyyətlər yarada bilər. "Ad insanın kimliyinin əsas hissəsidir. Əgər ailə bu adı düzgün təqdim etməzsə, ətrafın mənfi reaksiyası uşağa psixoloji zərbə vura bilər. Valideynlər ad seçimində sadəcə fərqli olmaq yox, həm də sosial uyğunluğu və mənanı nəzərə almalıdır", – psixoloq bildirib.

Sosioloq Elçin Bayramlı bildirir ki, uşaqlar üçün seçilən müasir adlar Azərbaycan dilinə xas olmalıdır.

Sosioloqun fikrincə, bəzi adlar müxtəlif dillərdə normal sayılsa da, Azərbaycan dilində qəribə səsləndiyindən uşaqların məsxərə olunmasına səbəb olur.

“Müasirlik adı ilə qoyulan mənasız, ruhsuz adlar uşaqlar üçün psixoloji yük yaradır. Əvvəllər istənilən ad qoyulurdu, indi isə nəzarət var və bu müsbət haldır. Adlar özümüzə xas olmalı, mənası aydın və milli dəyərlərə uyğun seçilməlidir,” – o bildirib.

Ədliyyə nazirliyindən Anews.az-ın sorğusuna cavab olaraq bildirilib ki, “Adın, ata adının  və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın  1.4-cü bəndinə əsasən uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir.

Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının  və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın  1.4-cü bəndinə əsasən uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir.

Rəsmi məlumata görə, adların, ata adlarının və soyadların verilməsi və dəyişdirilməsi Nazirlər Kabinetinin 2011-ci il qərarı ilə tənzimlənir. Ailə Məcəlləsinə əsasən, uşağa ad valideynlərin razılığı ilə verilir.

Eyni zamanda, ölkədə verilməsi qadağan olunan adların siyahısı mövcud deyil.

Aytac Zeynalova

Oxşar xəbərlər
Oxşar xəbərlər
В Узбекистане в канал попала нефть из-за аварии
Cəmiyyət 20:54
В Узбекистане в канал попала нефть из-за аварии
Qovların Baş planı təsdiq edildi
Cəmiyyət 20:43
Qovların Baş planı təsdiq edildi
Gəncədə 22 avtobus marşrutu üzrə qalib daşıyıcılar müəyyənləşib
Cəmiyyət 20:17
Gəncədə 22 avtobus marşrutu üzrə qalib daşıyıcılar müəyyənləşib
Yevlax rayon ərazisində avtomobilin aşması nəticəsində 7 nəfər xəsarət alıb
Cəmiyyət 19:10
Yevlax rayon ərazisində avtomobilin aşması nəticəsində 7 nəfər xəsarət alıb
Jurnalist olmaq istəyən abituriyentlərin nəzərinə!
Cəmiyyət 17:42
Jurnalist olmaq istəyən abituriyentlərin nəzərinə!
İsti hava şəraiti həftə sonunadək davam edəcək
Cəmiyyət 16:57
İsti hava şəraiti həftə sonunadək davam edəcək
İsrailin iki naziri Hollandiyada persona non-qrata elan edib
Cəmiyyət 16:48
İsrailin iki naziri Hollandiyada persona non-qrata elan edib
Bəzi abonentlər cəmi 4 saat su ilə təmin edilir - Rəsmi
Cəmiyyət 16:12
Bəzi abonentlər cəmi 4 saat su ilə təmin edilir - Rəsmi
Sabirabadın 9 kəndində qaz təchizatında müvəqqəti fasilə olacaq
Cəmiyyət 15:36
Sabirabadın 9 kəndində qaz təchizatında müvəqqəti fasilə olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol